Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ankarada Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub

Ankarada Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub

27.08.2024 [17:30]

Avqustun 27-də, çərşənbə axşamı Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə XİN-in başçısı Hakan Fidan arasında danışıqlar olub.

AZƏRTAC xəbər verir ki, xarici işlər nazirlərinin görüşü Türkiyə XİN-in inzibati binasında baş tutub.

Türkiyənin xarici siyasət idarəsi görüş ərəfəsində bildirmişdi ki, Bayramov və Fidan ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edəcəklər.

Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin bundan öncəki görüşü iyulun 5-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində baş tutmuşdu.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31