“Yenidən Yeni Azərbaycan Partiyasının namizədinə etimad göstərəcəyik”
09.08.2024 [20:45]
Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 102 saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova parlament seçkilərində təbliğat-təşviqat kampaniyasına şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə görüşlə başlayıb.
Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev seçkilərin əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında yeri və rolu barədə danışıb.
Görüşdə çıxış edən Sahibə Qafarova ölkəmizin siyasi sisteminin lokomotivi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərə Azərbaycan qələbə əzmi ilə qatıldığını qeyd edib. O, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında və gələcək inkişafında əhəmiyyətindən danışıb.
Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan dövləti həssas qrupdan olan, xüsusi qayğıya ehtiyacı olan insanlara daim diqqət və dəstək göstərir. Bildirilib ki, ölkə Prezidenti İlham Əliyev şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş vətəndaşlarımızın problemlərinin həllini bütün dövlət qurumları qarşısında bir nömrəli vəzifə kimi müəyyən edib. O, həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir və bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid olan insanlara diqqət və qayğı göstərilməsi, onların rifahının yaxşılaşdırılması dövlətimizin yürütdüyü sosial siyasətin prioritet istiqamətlərindəndir.
Yeni Azərbaycan Partiyasının namizədi vurğulayıb ki, Prezident İlham Əliyevin bu sahədə fəaliyyəti, onun şəhid ailələrinə yüksək münasibəti hər kəs üçün bir örnəkdir. Görüşdə bildirib ki, VI çağırış Milli Məclis də öz fəaliyyətində dövlətimizin başçısının tövsiyələrini həmişə rəhbər tutub. Bu baxımdan, Milli Məclis şəhid ailələrinə, döyüşdə sağlamlığını itirmiş vətəndaşlarımıza, onların sosial problemlərinin həllinə həmişə xüsusi diqqətlə yanaşıb, bu məsələləri öz fəaliyyətinin prioritetlərindən biri kimi qəbul edib. Bu sahədə dövlət siyasətinə dəstək məqsədi ilə müvafiq qanunlar qəbul edilib.
Görüşdə çıxış edən şəhid ailələri və döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar, müharibə veteranları ölkəmizdə həssas kateqoriyadan olan insanlara Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, razılıqlarını ifadə ediblər. Onlar qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədinə yenidən etimad göstərəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

