“İrəvanda yanan çıraq” Bakı səhnəsində
22.07.2024 [19:21]
Görkəmli şair-dramaturq, ictimai xadim Hidayət Orucovun “İrəvanda yanan çıraq” birpərdəli mistik tarixi pyesi əsasında Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının hazırladığı tamaşa dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində paytaxt tamaşaçılarına təqdim edildi.
Azərbaycan Səfəvi dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətainin İrəvan qalasının valisi Rəvanqulu xana əbədiyyət rəmzi kimi əmanət etdiyi çırağın tarixçəsindən qaynaqlanan əsərdə erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiyaların anatomiyasına dərindən nüfuz edilib.
Sovet epoxasının sonuna yaxın İrəvanda yaşayıb-yaradan (müəllifin prototipi kimi qavranılan) azərbaycanlı yazıçı Sultan Oğuzun bu mövzuda yazdığı “İrəvanda yanan çıraq” tarixi əsəri quduzlaşmış və xalqımızın Qərbi Azərbaycanda milli varlığına qənim kəsilmiş erməni millətçilərini o dərəcədə hiddətləndirir ki, ona şirnikləndirici tələ qururlar. Düşmənlər Şah İsmayılın İrəvanda yandırdığı çırağı öz adlarına çıxdıqlarına görə həqiqəti tarixi romanda canlandıran yazıçını öz xalqının gözündən salıb sıradan çıxarmaq üçün hiyləyə əl atır, əsəri keçmiş ittifaq dövlətinin ən yüksək mükafatına təqdim edirlər. Mübariz sənətkar düşmənlərin niyyətinin qarşısını kəsmək, tarixi həqiqəti xilas etmək üçün bu plana qarşı çıxır, mükafat almaqdan imtina edir.
Tamaşa boyu Şah İsmayılın ruhu dəfələrlə peyda olub xalqımızı düşmənlərin xəyanətlərinə qarşı ayıq-sayıq və döyüşkən olmağa səsləyir. Milli varlığımıza açıq-gizli təcavüzlərdə erməni qadınlarının şeytani rolu tamaşada incə ştrixlərlə əksini tapıb. Əsərin sonunda İrəvanda söndürülmüş çırağımızın Bakı səhnəsində təntənə ilə şölə saçması Ermənistanın xəyanətkar siyasətinin məğlubiyyətinin timsalı kimi canlanır.
Tarixi prosesin kəsilməzliyi, türk soyuna qarşı erməni düşmənçiliyin zaman-zaman təkrarlanmasının səhnə təcəssümü olan bu mistik-psixoloji pyesə müasir dramaturji üsullarlarla – fasiləsiz hərəkət, mürəkkəb xoreqrafik müşayiət, dünənlə bugünün iç-içə təqdimatı səpkisində verilən quruluş erməni xislətinin dərindən, əhatəli açılmasına xidmət edir.
Çağdaş teatr sənətimizə orijinal səhnə əsəri kimi daxil olan tamaşaya istedadlı rejissor Gümrah Ömər quruluş verib. Əsərin baş qəhrəmanları Sultan Oğuzu Natiq Həziyev, Şah İsmayıl Xətaini Zəki Fətəliyev, rollardan Firəngizi Müdvər Nemətova, Usub kişini Niyaməddin Səfərəliyev, erməni qızları Nairanı Naibə Nemətova, Qarınanı Elnarə Heydərova məharətlə canlandırırlar. Digər rollar da tamaşanın uğurunu təmin edir.
Tamaşa yüksək anşlaqla keçdi. Sonda tamaşaçılar müəllifi və yaradıcı heyəti davamlı alqışladılar.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

