Bakıda “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirilib YENİLƏNİB
19.07.2024 [13:05]
İyulun 19-da Bakıda “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan tədbir Dövlət Himnimizin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov bildirib ki, 149 il bundan əvvəl Azərbaycan dilində “Əkinçi” qəzeti işıq üzü görüb. “Əkinçi” qəzetini ərsəyə gətirən, onun həm redaktoru, həm də naşiri olan Həsən bəy Zərdabi böyük bir bünövrə qoyub. Sonrakı 149 ildə Azərbaycan mətbuatı çətinliklərə baxmayaraq, həmin bünövrə üzərində sürətli inkişaf yolu keçib və uğurlar qazanıb.
“Azərbaycan mediasının inkişafında Ulu Öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Ümummilli Lider hakimiyyətinin həm birinci, həm ikinci dövründə daim mediaya diqqət və qayğı göstərib. O, həqiqətən jurnalistlərlə dost olub, mətbuatın inkişafına öz töhfəsini verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qalib gəldi, Zəfər çaldı. Müharibə dövründə də Azərbaycan mətbuatı üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirdi, müharibə həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı, bu işdə böyük uğurlar əldə etdi. Azərbaycan mətbuatı bu gün də uğurlu tərəqqi yolundadır”, - deyə o əlavə edib.
Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, 149 il əvvəl Həsən bəy Zərdabinin başlatdığı yol Azərbaycanın gələcək taleyinə böyük təsirlər göstərib. Məhz Həsən bəy Zərdabi və “Əkinçi” qəzetindən başlanan yol sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparıb çıxardı.
O bildirib ki, sovet dövründə də Azərbaycan jurnalistləri ana dilimizin saflığının qorunub saxlanmasında böyük rol oynayıblar. Ulu Öndər Heydər Əliyev hələ sovet vaxtında Azərbaycana rəhbərlik etdiyi dövrdə jurnalistikaya, söz azadlığına böyük önəm verirdi. Müstəqillik illərində də biz bunun şahidi olmuşuq. Azərbaycanda uzun illərdən bəri mövcud olan senzuraya 1998-ci ildə Ümummilli Liderin Sərəncamı ilə son qoyuldu. Ulu Öndər Heydər Əliyevin başlatdığı mətbuata dəstək siyasəti Prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir. Dövlətimizin başçısı Azərbaycanın müstəqil mətbuatına dəstək məsələsində dəfələrlə fikirlərini bildirib. “Media haqqında” yeni Qanunun qəbulu, Medianın İnkişafı Agentliyinin yaradılması bu nümunələrdən biridir.
Audiovizual Şuranın üzvü Bəxtiyar Qaraca isə jurnalistikanın dəyişməz dəyərlərindən söz açaraq deyib: “Bu dəyərlər obyektivlik, həqiqətə, fakta sədaqətdir. Vaxt var idi ölkəmizdə cəmi bir televiziya və radio mövcud idi. İndi isə onlarla televiziya, radio və digər mətbuat orqanları var. Audiovizual Şura informasiya daşıyıcılarının bol olduğu bir vaxtda qanunla hüququn imkan verdiyi qədər tənzimləmələr aparmağa çalışır”.
Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlunun sözlərinə görə, Azərbaycan mətbuatı tarixi həm qürurverici, həm də şərəfli hadisələrlə zəngindir. Bu tarix milli kimliyin formalaşması, maarifçilik hərəkatı və mədəni inkişaf ilə sıx bağlıdır. Bu tarixə nəzər salsaq görərik ki, milli mübarizə və milli özünüdərk prosesində olduqca əhəmiyyətli rol oynayan jurnalistikamız hər zaman öz mövqeliyi ilə seçilib.
“Bu gün ölkəmizdə media ilə bağlı davamlı və sistemli işin getdiyinin şahidi olmaqdayıq. Müstəqilliyimizin ilk illərindən Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayan medianın inkişafı sahəsində əldə edilən uğurlar bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da sürətli və dinamik hal alıb. 1998-ci ildə senzuranın ləğvi ilə əhəmiyyətli dönüş yaşamış jurnalistikamız “Media haqqında” yeni qanunlarla daha da inkişaf edir”, - deyə V.Zifəroğlu diqqətə çatdırıb.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova, Agentliyin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova, “AzerGold” QSC-nin nümayəndəsi çıxış ediblər.
Daha sonra Media İnkişaf Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda təşkil edilmiş müsabiqənin və “MEDİAlab” layihəsi çərçivəsində keçirilmiş Kreativ Media Bakı məzmun müsabiqəsinin nəticələri elan olunub, qaliblər mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

