Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

25.06.2024 [11:06]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti xanım Nataşa Pirts Musaraya təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli xanım Prezident.

Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Sloveniya münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm."

Paylaş:
Baxılıb: 673 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31