Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
13.06.2024 [18:36]
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.
Bu barədə MŞ-dan məlumat verilib.
Bildirilib ki, toplantını giriş sözü açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda əvvəlcə sədr R.Məcidin İdarə Heyətinin son iclasından indiyədək MŞ-nin gördüyü işlərə dair hesabatı dinlənilib. Bildirilib ki, Şura hesabat dövründə “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli insan tələfatına səbəb olmuş terror aktı xüsusunda rusiyalı teleaparıcı və jurnalist Vladimir Slovyov tərəfindən səslənmiş iddialara cavab xarakterli bəyanat yayıb. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Mətbuat Şurasında olub. Bu təşkilatla Mətbuat Şurasının əməkdaşlıq perspektivləri müzakirə edilib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Azərbaycan Mətbuat Şurası” auditoriyasının açılışı gerçəkləşib. Hazırda Şuranın Şikayətlər üzrə Komissiyasının iclasları həmin auditoriyada tələbələrin iştirakı ilə keçirilir, beləliklə onlar jurnalistikanın praktik istiqamətlərinə dair bilgilər əldə etmək imkanı qazanırlar.
R.Məcid ötən müddətdə Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında Əməkdaşlıq Memorandumunun imzalandığını diqqətə çatdırıb. Bildirib ki, bununla bağlı Şurada keçirilmiş toplantıya qurumun İdarə Heyətinin üzvləri və ölkəmizdə səfərdə olan Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimovun rəhbərlik etdiyi nümayəndə heyətinin təmsilçiləri qatılıblar. Həmçinin, Şuranın İdarə Heyətinin üzvü Azər Həsrət İstanbulda nüfuzlu Fetisov Jurnalistika Mükafatlarının 5-ci təqdimatında mükafatın Ekspert Şurasının üzvü qismində iştirak edib. Bundan başqa MŞ-nin sədr müavini Səadət Məmmədova mayın 3-də keçirilmiş “İctimai proseslər media müstəvisində” mövzusundakı forumun panel iclasında moderatorluq edib, ümumən İH üzvləri ölkəmizdə və dünyanın müxtəlif bölgələrində reallaşmış çoxsaylı toplantılara qatılıblar.
Mətbuat Şurasının və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşəbbüsü ilə iordaniyalı jurnalist Ömər Nəzzəl Əl-Armutinin ulu öndər Heydər Əliyevə həsr etdiyi “Vətən və Liderlik” kitabının təqdimatının keçirildiyini vurğulayan R.Məcid, eyni zamanda, rəhbərlik etdiyi qurumun təmsilçilərinin “Yeni Tərtər” qəzetinin 90 illik yubileyi ilə bağlı Tərtərdə keçirilmiş tədbirə qatıldıqlarından söz açıb. O, hesabat dövründə MŞ-nin ömrünü-gününü peşəsinə həsr etmiş iki jurnalistlə əlaqədar yubiley toplantısının təşkil olunduğunu, habelə Azərbaycan mediasının tanınmış simalarından olan Vasif Səmədovun, Ramiz Əkbərin və Bəbir Hüseynovun vəfatı ilə bağlı nekroloqlar yaydığını da diqqətə çatdırıb.
MŞ sədrinin müavini, Şuranın Şikayətlər üzrə Komissiyasının sədri Vüqar Zifəroğlu rəhbərlik etdiyi komissiyanın fəaliyyətindən söz açıb. O, Şuranın ötən müddətdə 5 şikayətə baxdığını diqqətə çatdırıb. Həmin şikayətlərin yalnız biri əsasında qərar layihəsinin İdarə Heytinin müzakirəsinə təqdim edildiyini bildirib. Müzakirələrdən sonra “AzEstetik Group” MMC-nin “Publika.az”, “Moderator.az”, Bakunews.az”, “Hakimiyyet.info” saytlarında gedən yazılarla bağlı şikayəti əsasında qərar çıxarılıb. Qərarda adı çəkilən saytların “AzEstetik Group” MMC-nin fikirlərinin təqdimatına hazır olduqları əksini tapıb. Ümumən sözügedən media orqanlarının tənqidi materialda tənqid obyektinin fikirlərinin təqdimatına həssas yanaşmalarının, bu, mümkün olmadıqda isə məsələ barədə cəmiyyəti məlumatlandırmalarının vacibliyi vurğulanıb.
MŞ-nin icraçı katibi Əvəz Rüstəmov MŞ-yə şikayətlərdəki spesifik cəhətlərə diqqət yetirib. O bildirib ki, fəaliyyəti şikayət doğuran bir çox media orqanları qarşı tərəfin mövqeyinə aydınlıq gətirmədən materiallar hazırlayır və yayırlar. Bu, geniş hal alıb və çoxsaylı şifahi şikayətlərin də motivini təşkil edir. Şura materialı narazılıq doğurmuş media orqanları ilə əlaqə saxlayır. Onlar bildirirlər ki, qarşı tərəfin mövqeyini yayımlamağa hazırdırlar. Lakin bir çox hallarda bu, şikayətçi üçün yetərli olmur. Buna görə material yayıma hazırlanarkən qarşı tərəfin mövqeyi öyrənib bildirilməlidir.
İclasda, həmçinin, vurğulanıb ki, fəaliyyəti narazılıq doğurmuş media orqanları özlərinin izahatlarında qarşı tərəflə heç cür əlaqə saxlaya bilmədiklərini, dəfələrlə buna cəhd göstərdiklərini diqqətə çatdırırlar. Buna görə də Mətbuat Şurası adından media orqanlarına qarşı tərəfin mövqeyinə aydınlıq gətirməklə yanaşı, eləcə də informasiya mənbələrinə media ilə əməkdaşlığı gücləndirmək xüsusunda müraciətin ünvanlanması vacibdir. Bu, media-cəmiyyət əlaqələrinin güclənməsi baxımından zəruridir.
Mətbuat Şurası bu qənaətdədir ki, fəaliyyəti ictimai əhəmiyyət daşıyan qurumlar, eləcə də biznes dairələri mətbuat və ictimaiyyətlə əlaqələrə diqqət yetirməlidirlər, jurnalist sorğularına həssas yanaşmalıdırlar. Jurnalistlər isə tənqid obyekti kimi götürdükləri fiziki və hüquqi şəxslərə münasibətdə eyni həssaslığı nümayiş etdirməlidirlər.
İclasda o da bildirilib ki, bir çox şikayət müəllifləri Mətbuat Şurasına şikayət etməklə yanaşı, eyni anda məhkəmələrə də üz tuturlar. Belə olduqda şikayətlərə baxıla bilməz. Çünki MŞ-nin nizamnamə tələbləri buna imkan vermir. Bu səbəbdən məsələyə ictimai diqqətin artırılması vacibdir. İclasda Şuranın mövcud istiqamətdə də ayrıca maarifləndirici tədbirlər görməsi qərara alınıb, bununla əlaqədar Şuranın Katibliyinə müvafiq göstəriş verilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

