Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

16.03.2022 [10:02]

16.03.2004

Prezident sarayında ATƏT-in hazırkı sədri, Bolqarıstan Respublikasının xarici işlər naziri Solomon Passini və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ATƏT-in hazırkı sədri, Bolqarıstan Respublikasının xarici işlər naziri Solomon Passi ilə təkbətək görüşü olub.

16.03.2006

“Fidan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Dünya azərbaycanlılarının II qurultayı iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib.

Dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə təltif olunmuş bir qrup ictimai xadimə Heydər Əliyev adına Sarayda, Dünya azərbaycanlılarının II qurultayında fasilə zamanı “Şöhrət” ordenini təqdim edib.

16.03.2007

Tacikistan Respublikası parlamentinin yuxarı palatasının – Milli Məclisin sədri Mahmadsaid Ubaydulloyev ilə görüşüb.

Tacikistana rəsmi səfəri başa çatıb.

16.03.2009

Fransa Senatının keçmiş sədri, senator Kristian Ponsöleni qəbul edib.

Avropa uğrunda Liberallar və Demokratlar alyansının nümayəndəsi Pol Uilin başçılıq etdiyi Konstitusional referendumun müşahidə olunması üzrə xüsusi komitənin üzvlərini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin əsaslı şəkildə yenidən qurulmuş “Radioquraşdırma” zavodunun açılışında iştirak edib.

Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun açılış mərasimində iştirak edib.

Müdafiə Sənayesi Nazirliyinin Hesablayan elektron maşınlar (HEM) zavodunun yenidənqurmadan sonra açılış mərasimində iştirak edib.

16.03.2010

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bakı buxtasında quru yük limanı məntəqəsinin açılışında iştirak edib.

Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi rabitə və informasiya təhlükəsizliyi departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışında iştirak edib.

Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

F.Q.Maqsudovun xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 947-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 885-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına və Sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na əlavə edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 834 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

16.03.2011

Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 16-da Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 16-da Bakıda Zabitlər parkının açılış mərasimində iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

16.03.2012

“Bakıelektrikşəbəkə” ASC-nin “Gənclik” yarımstansiyası, Tədris Mərkəzinin və “İçərişəhər” yarımstansiyasının açılış mərasimlərində iştirak edib.

B.Ə.Muradovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

E.M.Əliyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

16.03.2013

İSESCO-nun baş direktorunu qəbul edib.

2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

R.M. Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

16.03.2015

Qətərin nəqliyyat nazirini qəbul edib.

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1204-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

16.03.2016

Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Sərəncam imzalayıb.

V.N.Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

16.03.2017

Azərbaycanın paytaxtında V Qlobal Bakı Forumunun rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində iştirak ediblər.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Latviya Prezidenti Raymonds Veyonis ilə görüşü olub.

Albaniya Prezidenti Buyar Nişani ilə görüşüb.

Makedoniya Prezidenti George İvanov ilə görüşüb.

Monteneqro Prezidenti Filip Vuyanoviç ilə görüşü olub.

Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 1926 nömrəli Sərəncamının ləğv edilməsi barədə Sərəncam imzalayıb.

H.Ə.Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli Sərəncamının ləğv edilməsi barədə Sərəncam imzalayıb.

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 26 avqust tarixli 3014 nömrəli Sərəncamının ləğv edilməsi barədə Sərəncam imzalayıb.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli 1705 nömrəli Sərəncamının ləğv edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

“Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

F.C.İsmayılova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 348 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 mart tarixli 525 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

16.03.2018

Paraqvay Senatının sədrini qəbul edib.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1040-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1036-VQD nömrəli Qanununun tətbiqi və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1041-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

16.03.2019

OPEC-in baş katibini qəbul edib.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib.

V.Ə.Hüseynova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

16.03.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib.

Cəlilabad rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

B.H.Eyyubovun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

16.03.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.

Paylaş:
Baxılıb: 753 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31