Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

10.03.2022 [11:41]

10.03.2004

Azərbaycan xalqının Ümumilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Fərman imzalayıb.

10.03.2006

Tokioda, onun üçün ayrılmış iqamətgahda Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının prezidenti Kyuozuke Şinozavanı qəbul edib.

“İNPEKS” şirkətinin sədri Kunihiko Matsuonu qəbul edib.

 “İtoçu” şirkətinin sədri Uçihiro Nivanı qəbul edib.

Sənədlərin imzalanma mərasimindən sonra Yaponiyanın Baş naziri Dzünitiro Koidzumi və Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər qarşısında qısa bəyanatlarla çıxış ediblər.

Yaponiyaya rəsmi səfəri çərçivəsində ölkənin Baş naziri Dzünitiro Koidzumi ilə görüşüb.

Yaponiya Baş nazirinin iqamətgahında ikitərəfli sənədlərin imzalanma mərasimi olub.

Yaponiyanın Baş naziri Dzünitiro Koidzuminin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə ziyafət verilib.

Yaponiyaya ilk rəsmi səfərini başa çatdıraraq martın 10-da axşam Vətənə yola düşüb.

10.03.2008

Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun təkbətək görüşü olub.

Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Geniş tərkibdə görüşdən sonra Prezident sarayında Azərbaycan və Bolqarıstan prezidentlərinin birgə mətbuat konfransı keçirilib.

“Yaxt klub”da Azərbaycan Prezidenti İlham Əliyevin adından Bolqarıstan Prezidenti Georgi Pırvanovun şərəfinə ziyafət verilib.

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 315-IIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 85 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin şəxsi heyətinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, yaxud xəsarət almış əməkdaşlarına və ya onların ailə üzvlərinə verilən birdəfəlik müavinətin ödənilməsi Qaydaları»na əlavə edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə”yə əlavə edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

2007-ci il dekabrın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Birləşmiş Krallığın İdman Şurası arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

2007-ci il oktyabrın 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

10.03.2009

İrana rəsmi səfərə gəlib.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olub.

Təkbətək görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə sənədlərin imzalanma mərasimi olub.

İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

İran inqilabının rəhbəri imam Xomeyninin məqbərəsini ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin görüşü olub.

10.03.2010

Polşa Respublikasının Baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Baş naziri Donald Tuska işçi nahar verilib.

RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

10.03.2011

Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luc Truyensin etimadnaməsini qəbul edib.

Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arturo Duarte Ortizin etimadnaməsini qəbul edib.

Paraqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marsial Bobadilya Qilyenin etimadnaməsini qəbul edib.

Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Yazbetsin etimadnaməsini qəbul edib.

Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Arbhorn Manasvaniçin etimadnaməsini qəbul edib.

Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Armando Xuan Xose Maffeinin etimadnaməsini qəbul edib.

Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammed Hussein Hasan Zarougun etimadnaməsini qəbul edib.

10.03.2012

Z.T.Əmiraslanova “Əməkdar artist” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

10.03.2013

Xorvatiya Respublikasına rəsmi səfərə gəlib.

10.03.2014

Beynəlxalq Sülh İnstitutunun prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev APCO-nun Global Political Strategies şirkətinin sədri, ABŞ-ın Nyu-Meksiko ştatının keçmiş qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində müasir attraksion-panoram istifadəyə verilib. Prezident İlham Əliyev açılışda iştirak edib.

10.03.2015

“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

10.03.2016

IV Qlobal Bakı Forumunun açılışında iştirak edib.

IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstan Prezidenti Rosen Plevneliev ilə görüşüb.

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

Albaniya Prezidenti Buyar Nişani ilə görüşüb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçi qəbul edib.

Polşanın sabiq Prezidenti Bronislav Komorovskini qəbul edib.

İsrailin sabiq xarici işlər nazirini qəbul edib.

“Euronews” telekanalına müsahibə verib.

Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Forum keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

İ.Ə.Əliyevin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

R.C.Aslanlının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 153-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 148-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 154-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 152-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 151-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 149-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli Qanununun tətbiqi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 136-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 150-VQD nömrəli Qanununun tətbiqi və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

10.03.2017

Səudiyyə Ərəbistanının dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fransa senatorlarından ibarət nümayəndə heyətini qəbul edib.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 507-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Ə.A.Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

10.03.2018

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

10.03.2020

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Prezident İlham Əliyev iclasda  iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

10.03.2021

Macarıstanın xarici işlər və ticarət nazirini videoformatda qəbul edib.

 Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib.

B.H.Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Paylaş:
Baxılıb: 732 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30