Prezident bu gün: səfərlər, qəbullar, sənədlər
16.11.2021 [10:31]
16.11.2005
Xaçmaz rayonunun inkişafında xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam;
Ünvanlı dövlət sosial yardımı haqqında Qanun imzalayıb.
Omanın Sultanı Qabus Bin Səidə;
Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqaya təbrik məktubu ünvanlayıb.
16.11.2006
Türkdilli ölkələrin dövlət başçılarının Antalyada keçiriləcək zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə səfər edib.
“20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında” Fərmanda dəyişikliklər edilməsi barədə Fərman;
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının kənd təsərrüfatı, ərzaq və meşəçilik siyasəti nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu”nun təsdiq olunması barədə Sərəncam imzalayıb.
16.11.2007
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevi qəbul edib.
Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçirilən konfransın iştirakçılarına məktub ünvanlayıb.
Əli İldırım oğlu Məmişov (Əli İldırımoğlu) “Şöhrət” ordeni ilə təltif olunması haqqında Sərəncam;
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Qanun imzalayıb.
16.11.2009
Avropa İttifaqının Cənubi Qafqaz ???? xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini;
Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobianın;
Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ğəssan Yusuf əl-Zəvavinin etimadnaməsini qəbul edib.
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi, təltif edilməsi;
Təhsil işçilərinə “Əməkdar Müəllim” fəxri adının verilməsi, “Tərəqqi” medalı ilə təltif edilməsi;
Prezidentin fərdi təqaüdlərinin verilməsi;
Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
16.11.2011
Uşaqların İkinci Ümumrespublika Forumunun iştirakçılarına məktub ünvanlayıb.
“Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi qəbul edib.
Oğuz rayonuna səfəri çərçivəsində Oğuz şəhər mədəniyyət və istirahət parkının, Qəhrəmanlar parkının, Oğuz Rayon Məhkəməsinin yeni inzibati binasının, qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin açılışında iştirak edib, Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
16.11.2012
Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gediş??? ilə tanış olub.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi, “Tərəqqi” medalı ilə təltif edilməsi;
Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam;
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Qanun imzalayıb.
16.11.2013
Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə;
Latviya Respublikasının Prezidenti Andris Berzinşə təbrik məktubu ünvanlayıb.
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi;
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanda dəyişikliklər edilməsi;
“Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyası arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi;
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Fərmanda dəyişikliklər edilməsi haqqında Fərman;
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi;
“Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda dəyişikliklər edilməsi;
“Təbii inhisarlar haqqında” Qanunda dəyişikliklər edilməsi;
“Ədalət mühakiməsinin rəsmi embleminin təsviri”ndə dəyişiklik edilməsi barədə;
“Yeyinti məhsulları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə;
“Azərbaycan Respublikasını təmsil edən Azərbaycan Respublikası Hökuməti və Avropa İnvestisiya Bankı arasında AİB-in Azərbaycan Respublikasındakı fəaliyyətini tənzimləyən Çərçivə Sazişi”nin təsdiq edilməsi haqqında Qanun;
“Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi;
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Qanun imzalayıb:
16.11.2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfər ediblər.
“Böyük İyirmiliyin” Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə verilən işçi naharda terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələrdə çıxış edib.
Din xadimlərinin və dini icma rəhbərlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
16.11.2016
Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində iştirak edib.
Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairi qəbul edib.
İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam;
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.
16.11.2017
Qazaxıstan Respublikasının Baş nazirinin birinci müavini Askar Mamini qəbul edib.
Abşeron rayonuna səfəri çərçivəsində Masazır qəsəbəsində 5 nömrəli tam orta məktəbin, Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib, “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub.
Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər;
Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər;
Əhliman Tapdıq oğlu Əmiraslanov “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
16.11.2018
Sumqayıt şəhərinə səfəri çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri, əlvan metallar və ferroərintilər zavodlarının, tütün məmulatları istehsalı fabrikinin, Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi;
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanun;
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi;
Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər;
Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər;
Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına;
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.
16.11.2019
Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamında iştirak edib.
Omanın Sultanı Qabus bin Səidə;
Latviya Respublikasının Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb.
Digərləri:
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

