“Windows 7” təhlükəli elan edildi
14.01.2020 [11:57]
Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) “Windows” əməliyyat sisteminin (ƏS) istifadəçilərini “Windows 7” versiyasının əvəzinə onun yeni bir versiyasına keçməyin zəruriliyi barədə xəbərdar edib.
“The Telegraph” xəbər verir ki, kibercasusluqla mübarizə mərkəzi “Windows 7” versiyasını təhlükəli hesab edir və ən qısa müddətdə ondan istifadəni dayandırmağı məsləhət görür.
Mütəxəssislər bildirirlər ki, 14 yanvar tarixindən etibarən “Microsoft” şirkəti populyar “Windows 7” versiyasını dəstəkləməyi dayandıracaq ki, bu da istifadəçilərə hücumların artmasına səbəb olacaq. Buna görə də Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi, xüsusilə “Windows 7”nin əslinin deyil, onun surətinin versiyasında işləyənlərə İnternet bankçılığı və e-poçt müştəriləri xidmətlərindən istifadəni tövsiyə etmir.
Sözügedən mərkəz əməliyyat sisteminin yenilənməsi mümkün olmadığı halda, “Windows 7”də işləyən kompüterlərdən məxfi məlumatların digər cihazlara ötürülməsini məsləhət görür. Qeyd olunur ki, “Microsoft” şirkəti “Windows XP”yə dəstək verməyi dayandırdıqdan sonra, yəni 2014-cü ildən bəri hakerlər “Windows” əməliyyat sisteminin digər versiyalarına hücumların variantlarını araşdırır. “The Telegraph” qeyd edir ki, hələ o vaxtdan “Windows 7” artıq böyük bir kiberhücumun mərkəzində olub.
Xatırladaq ki, “Windows 7” versiyası 2009-cu ildə kütləvi istifadəyə təqdim olunub və “Windows Vista”nı əvəz edib. Ötən ilin dekabr ayında isə “Microsoft” şirkəti, yalnız köhnə “Windows 7” versiyasının istifadəçilərinə dəstək verməyə davam edəcəyini açıqlayıb. “Windows 7”nin standart versiyaları isə 14 yanvar 2020-ci ildən texniki yardım və proqram təminatının yenilənmələri üzrə dəstək ala bilməyəcək.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

