Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır
08.04.2024 [11:15]
Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Ölkəmizin bu istiqamətdə qazandığı uğurlar göz qabağındadır. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri quran Azərbaycan atdığı hər bir addımında dövlətlər arasında münasibətlərin inkişafında əsas faktor olan etimad mühitinin qorunmasına xüsusi diqqət göstərir.
Aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə dövlət başçısı İlham Əliyevin keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında bu kimi məsələlərə bir daha işıq salındı. Səfərin əhəmiyyətini artıran mühüm məqamlardan biri ilk səfər olmasıdır. Bu mühüm addım bundan sonra münasibətlərin inkişafında əsas amillərdən olan qarşılıqlı səfərlərin davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Mətbuata birgə bəyanatlarında “Sizin səfəriniz tarixi səfərdir. İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir. Artıq demək mümkündür ki, səfərin çox gözəl nəticələri olacaq” söyləyən dövlət başçısı İlham Əliyev əlavə olaraq onu da bildirdi ki, məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq. Bu əminlik də ifadə olundu ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq.
Konqo Prezidenti burada ölkələrimiz arasında əməkdaşlıq istiqamətində çox yaxşı addım atıldığını önə çəkərək vurğuladı ki, cənab İlham Əliyevdən Konqoya dostluq səfəri etməsini xahiş edib. Dövlətimizin başçısının Konqoya səfəri başqa bir tarixi hadisə olacaq.
Qarşılıqlı səfərlər əsasında müzakirə edilən məsələlər, ümumi mövqenin ortaya qoyulması, sənədlərin imzalanması münasibətlərin gələcək inkişafında öz sözünü deyəcək. Konqo Prezidentinin səfəri çərçivsində mühüm sənədlər imzalandı ki, bunlardan biri də əməkdaşlıq haqqında Bəyannamədir. Hər iki tərəf bu sənədi münasibətlərin inkişafında yol xəritəsi kimi dəyərləndirdi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, bu, çox önəmli və sanballı bir sənəddir, əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Həm təkbətək, həm də heyətlərin iştirakı ilə geniş tərkibdə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.
Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Eyni zamanda, hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Azərbaycanın iqtisadi imkanları əlaqələrin inkişafında mühüm rol oynayır. Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə mövcud imkanları beynəlxalq səviyyədə təqdir edilir. Konqo Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatında bildirdi ki, Azərbaycanın bərpaolunan enerji sahəsində təcrübəsindən istifadə etmək fikrindəyik. Səfər çərçivəsində diqqət göstərilən və geniş müzakirə olunan məsələlərdən biri də Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-dur. “Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsun” söyləyən Konqo Prezidenti vurğuladı ki, dövlət başçısı İlham Əliyevə Konqoda, Brazzavildə təşkil etdikləri dünyanın ən böyük üç tropik meşə hövzəsi - Amazoniya, Cənub-Şərqi Asiyada Borneo Mekonq və Konqo hövzəsi sammitində qarşıya qoyduqları məqsədlər barədə məlumat verdi. Bu sammit ötən ilin oktyabrında keçirilib. Cənab İlham Əliyevdən sammitin nəticələrini nəzərə almasını xahiş etdik. Çünki bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək.
Göründüyü kimi, Azərbaycanın xarici siyasət uğurları beynəlxalq səviyyədə diqqətlə izlənilir və bu əlaqələrimizin daha da möhkəmlənməsinə və yeni istiqamətlər üzrə inkişafına stimul verir. Səfər çərçivəsində müzakirə edilən məsələlər fonunda bir daha belə bir əminlik ifadə olundu ki, əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərin inkişafında təməldir.
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32

