Azərbaycan-Konqo münasibətləri uğurla inkişaf edəcək
05.04.2024 [17:44]
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 4-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmiş, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşü olmuş, daha sonra iki ölkə rəhbərlərinin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi baş tutmuşdur. İmzalanma mərasimindən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident cənab İlham Əliyev çıxışında həm təkbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlərin müzakirə olunduğunu, fikir birliyi ifadə edildiyini bildirib. Ölkə başçısı imzalanmış əməkdaşlıq haqqında Bəyannamənin iki ölkə arasında siyasi əlaqələrin bundan sonra uğurla inkişaf edəcəyini təsdiqlədiyini vurğulayıb.
“Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində davam etdirəcəyik” - deyən Dövlətimizin başçısı Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etdiyini qeyd edib. Prezident İlham Əliyev Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformalarının məhz Azərbaycanın sədrliyi dönəmində yaradıldığını, bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilat olduğunu diqqətə çatdırıb. Ölkə başçısı məlumat üçün bildirib ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır və 121 üzvü var.
Prezident İlham Əliyevin bəyanatında Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetlərindən bəhs edərək, xarici siyasət istiqamətləri arasında neokolonializmə qarşı mübarizə məsələlərinin xüsusi önəm daşıdığını bildirib.
Dövlətimizin başçısı həmkarı Deni Sassu-Nqesso ilə iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi apardıqlarını, nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verildiyini, Azərbaycanın Konqoda bir çox investisiya layihələrində ilk növbədə, kənd təsərrüfatı sahəsində iştirak etmək fikrində olduğunu, bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər olduğunu vurğulayıb.
Cənab Prezident Azərbaycanın COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşdığını, həmkarını bu əhəmiyyətli tədbirdə iştirak etmək üçün dəvət etdiyini bildirib. Dövlətimizin başçısı burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etməyin, məqsədəmüvafiq ola biləcəyini qeyd edib.
Beləliklə, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə ilk tarixi səfəri ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açmış oldu. Əminliklə demək olar bugündən sonra Azərbaycan-Konqo münasibətləri uğurla inkişaf edəcək.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12

