Ən gözəl bayram
07.03.2024 [15:05]
Daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün 8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadının iştirakı ilə keçirilmiş nümayişdən sonra , ilk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur. Ölkəmizdə də 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il təntənəli şəkildə qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.” Ulu öndərin bu sözləri Onun Azərbaycan qadınına nə qədər dəyər verdiyini bir daha açıq şəkildə nümayiş etdirir.
Bu bir reallıqdır ki, bu gün Azərbaycan cəmiyyətində qadınların rolu artır, qadınlar ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edir, vacib məsələlərin həllində qərarlar verirlər. Bu ölkəmizdə qadınlara verilən yüksək qiymətin, onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Prezident cənab İlham Əliyev hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü bayramı ərəfəsində Azərbaycan qadınlarına təbrik ünvanlayır, onlara fəxri adlar verir, orden və medallarla təltif edilirlər. Bütün bunlar bir daha onu nümayiş etdirir ki, Dövlətimizin başçısı qadınlara xüsusi olaraq diqqət göstərir, onların əvəzolunmaz fəaliyyətini yüksək qiymətləndirir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti bu gün hər bir Azərbaycan xanımı üçün bir nümunədir. Mehriban xanım Əliyevanın parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sayəsində gördüyü işlər əsl örnəkdir.
Artıq dörd ildir ki, Azərbaycan xalqı bu bayramı daha qürurlu qeyd edir. Çünki Azərbaycan qadınının Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edərək torpaqlarımızı işğaldan azad etdi. ƏLbəttə ki, biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları mərd, qəhrəman kimi, vətənpərvər ruhda böyüdən analara borcluyuq.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25

