Yeni mərhələnin başlanğıcı
22.02.2024 [11:10]
Bu fikir dövlət başçısı İlham Əliyev tərəfindən daim vurğulanır ki, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bu fikir iki dost, qardaş ölkənin möhkəm təmələ əsaslanan və gündən-günə möhkəmlənən birliyinin, həmrəyliyinin region, dünya üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. Cənab İlham Əliyevin prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi də bir çox məqamlara aydınlıq gətirdi. Bir daha sübut olundu ki, dünya Azərbaycan və Türkiyənin münasibətlərində əsil qardaşlığın, dostluğun nümunəsini görür. Çünki bu birlik qarşılıqlı etimada, səmimiyyətə əsaslanır. Ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafında bu amillər əsasdır. Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında bu məqamı da xüsusi vurğuladı ki, biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Böyük öndərlər- Mustafa Kamal Atatürkün “Azərbacanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezisləri bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna bələdçilik edir. Bu gün münasibətlərimizin müttəfiqlik səviyyəsi artıq sənəddə öz təsdiqini tapıb. Qürurvericidir ki, tarixi Zəfərimizdən sonra atılan bu mühüm addıma Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşa şahidlik etdi. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərinin bundan sonrakı inkişafı üçün yol xəritəsi oldu. Sevincli, kədərli anlarda daim biri-birinə dəstək olan Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsinə xidmət edən addımlar dünyanın diqqətindədir. Münasibətlərin əsas göstəricilərindən biri dövlət başçılarının qarşılıqlı səfərləri, ən əsası Prezident seçildikdən sonra ilk səfərlərini məhz Azərbaycana, yaxud Türkiyəyə etmələridir. Bu səfərlər çərçivəsində müzakirə edilən məsələlərlə bağlı ümumi fikirlər, imzalanan sənədlər sonrakı addımların atılmasında stimulverici amildir. Cənab İlham Əliyevin Türkiyəyə budəfəki səfəri zamanı imzalanan üç sənəddən biri Azərbaycan-Türkiyə Universitetinin yaradılmasına dair Anlaşma Memorandumudur. Dövlət başçısı bu mühüm addımı belə əsaslandırdı ki, bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, milli-mənəvi dəyərlərimizə sadiq, yad təsirdən uzaq, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir: “Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.” İki ölkə arasında iqtisadi, siyasi, hərbi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır. Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, maraq doğuracaqlarına inamların tükənməzliyi bu gün də aktuallığını qoruyur. Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatlarında ticarət dövriyyəsinin artıması ilə bağlı səsləndirilən fikirlər də ölkələrimiz arasında münasibətlərin göstəricilərindən biridir. Belə ki, cənab İlham Əliyev “Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard dollar. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır” söyləyərək onu da əlavə etdi ki, vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik. Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır” söyləyən Prezident İlham Əliyev diqqəti İkinci Qarabağ savaşına və bir günlük lokal antiterror tədbirlərinə yönəldərək bildirdi ki, bunlar Türkiyənin Ordu modelinin Azərbaycanda artıq tam oturuşduğunu göstərir. Hər bir səfər münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Nəzərə alsaq ki, dövlət başçısı İlham Əliyevin budəfəki səfəri ölkəmizdə prezident seçkilərinin keçirilməsi ilə başlanan yeni dövrdə Türkiyəyə ilk səfəridir, bu halda onun əhəmiyyəti, yeni istiqamətlərin müəyyənləşdirilməsində rolu daha aydın görünür. Ümumilikdə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir əminliyi böyük qürur hissi ilə qeyd etdi ki, yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızı həmişəkindən daha yüksək səviyyəyə çatdıracağımıza ürəkdən inanıram.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

