Xalqın maraqlarının keşiyində duran qalib Lider
16.02.2024 [11:08]
Sirr deyil ki, bu gün Azərbaycan yeni obrazda dünyanın siyasi xəritəsində öz yerini tutur. Məhz cənab İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan bir sıra qabaqcıl ölkələrin keçdiyi inkişaf mərhələsini 20 ildə sürətlə qət etməyi bacarıb. Ötən dövr ərzində Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi dünya birliyində öz mövqelərini daha da möhkəmləndirib. Beynəlxalq aləmdə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa, geostrateji maraqların həyata keçirilməsinə, terrorizmə qarşı mübarizəyə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşamasına yönəlmiş uzaqgörən xarici və daxili siyasət həyata keçirilib. Ən əsası, otuz il Cənubi Qafqaz regionunu “barıt çəlləyi”nə döndərmiş Qarabağ münaqişəsi məhz Prezident İlham Əliyevin hərbi-siyasi iradəsi ilə həll olunub, ərazi bütövlüyümüz tam bərpa edilib, azad edilmiş ərazilərimizə həyat yenidən qayıdıb.
Budəfəki prezident seçkiləri ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycanın üçrəngli Bayrağının qürurla və əzəmətlə dalğalandığı bütün ərazilərində keçirildi. Azərbaycan bu tarixi seçkilərlə yeni və təbii ki, qarşıda milli hədəflər üçün sonsuz üfüqlər açan tarixi bir mərhələyə daxil oldu. Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, suverenliyimizin bərpasına yönəlmiş, əcdadlarımızın vəsiyyətini, xalqımızın arzularını ifadə edən tarixi bir missiya uğurla başa çatdırıldı və fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi ilə tarixi dövlətçilik ənənələrimiz, milli dəyərlərimiz, döyüş və Zəfər ruhumuz, qurub-yaratmaq potensialımızdan ibarət yeni bir mərhələyə qədəm qoyuldu. Növbədənkənar prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq qalib gəlmiş Prezident İlham Əliyevin andiçmə mərasimində məzmunlu çıxışı geniş ictimai marağa səbəb oldu.
Prezident nitqində önəmli mesajlar səsləndirməklə Azərbaycanın inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini qətiyyətlə vurğuladı. Bədxahlara, ölkəmizin uğurlarından narahat olanlara isə ciddi xəbərdarlıqlar göndərdi - Azərbaycanın haqq işinə haram qatmaq istəyən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkum olacaq.
Prezident İlham Əliyevin tarixi nitqində yer alan fikirlərdən bir daha bəlli oldu ki, dövlətimizin başçısının hər zaman olduğu kimi, regionda və dünyada cərəyan edən geosiyasi proseslərinin inkişafı ilə bağlı tamamilə aydın, dəmir məntiqə söykənən qənaətləri var və o, Azərbaycanın təhlükəsizliyini, sabit inkişafını təmin edə biləcək perspektiv istiqamətləri, milli hədəflərə varmaq üçün seçilən yolda bizi xalq və dövlət olaraq gözləyən çağırışların spektrini ən incə detallarına kimi müəyyənləşdirib, nəyi necə və nə vaxt edəcəyini çox yaxşı bilir. Bu xüsusda, Prezident İlham Əliyevin nitqində diqqət çəkmək istədiyim məqamlardan biri dövlətimizin başçısının Türk dünyasının gələcəyi və ölkəmizin bu tarixi prosesdəki missiyası ilə bağlı səsləndirdiyi fikirlərdir.
Dövlətimizin başçısının inauqurasiya mərasimindəki çıxışında ən mühüm vurğulardan biri də gənc nəslin milli ruhda tərbiyəsi və beləliklə şəhidlərimizin qanı bahasına əldə olunan tarixi nailiyyətlərin gələcəkdə də qorunması üçün hər bir ailənin qarşısında mühüm vəzifənin durması ilə bağlı bildirdikləridir. Prezident İlham Əliyevin “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır” fikri hesab edirəm ki, müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən sosial və ictimai missiyanı tamlıqla və dolğun şəkildə, həmçinin yeni çağırışlara adekvat səviyyədə həyata keçirə bilmək üçün yenidən səfərbər olmağa vadar etməlidir.
İyirmi illik fəaliyyəti dövründə bütün vədlərinə sadiq qalaraq xalqın maraqlarının, Azərbaycanın keşiyində duran Prezident İlham Əliyev qalib lider kimi parlamentdə çıxış edirdi, görülən və görüləcək işlərin hesabatını verirdi. Prezident tam haqlı danışırdı və onun xalqın fenomeninə çevrilməsinin də əsas səbəbi hər zaman dürüst və səmimi olması idi. Məhz bunun nəticəsi olaraq bu gün Prezident İlham Əliyevin adı və imzası ümumxalq andına, hər birimiz üçün sevgi ünvanına çevrilib. 7 fevral seçkiləri bunun bir daha sübutu oldu.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

