Azərbaycan xalqı növbəti 7 ildə inandığı rəhbərlə əmin addımlarla irəliləməyi seçdi
13.02.2024 [11:00]
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyev 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində növbəti dəfə milyonların səsini qazanaraq qələbə çaldı. Xalqın öz liderinə sadiqliyini göstərən bu seçkilər yeni dövrün başlanğıcı olmaqla yanaşı, 20 illik fəaliyyətin uğurlarına verilən qiymətdir. Bu günümüzün reallıqlarını düzgün dəyərləndirmək üçün 20 il öncəyə, cənab İlham Əliyevin ilk dəfə prezident seçildiyi 15 oktyabr 2003-cü il seçkilərinə nəzər salaq. Dövlət başçısının qeyd etdiyi kimi, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma təsdiqlənmişdi. Yəni Heydər Əliyev siyasəti davam etdirildi: “Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi”.
Bu gün Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması onun həm iqtisadi əlaqələrinin möhkəmlənməsində, həm də xarici siyasət sahəsində apardığı davamlı uğurlarında özünü göstərir. Onu da vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev xalqının və dövlətinin milli maraqlarını hər şeydən üstün tutan, xalq-hakimiyyət birliyini, siyasi sabitliyi və təhlükəsizlik mühitini mükəmməl şəkildə tənzimləyən, xalqını arxasınca aparmağı bacaran güclü və qətiyyətli Liderdir. 2003, 2008, 2013, 2018-ci illərdəki, istərsə də 2024-cü il 7 fevral prezident seçkilərində Azərbaycan siyasətində Onun alternativinin olmadığı bütün dünyaya şəffaf seçkilər vasitəsilə sübut olundu. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etdi. Səsini Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi yolu layiqincə davam etdirən, Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünyaşöhrətli siyasətçi İlham Əliyevə verdi.
Hər kəsə bəllidir ki, budəfəki seçkilər onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilər bütün ərazimizi əhatə edirdi. Belə ki, 7 fevral seçkiləri suverenliyimizin tam bərpa olunduğu şəraitdə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun daxil olduğu bütün ölkə ərazisində reallaşan ilk seçki idi. Son 30 ildə ilk dəfə olaraq Xankəndidə, Şuşada, Laçında, Cəbrayılda, Füzulidə, Ağdamda, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocalıda, Xocavənddə, Suqovuşanda seçki məntəqələri yaradılmışdı. Azərbaycanda növbədənkənar prezident seçkiləri azad, ədalətli və beynəlxalq standartlara uyğun qaydada keçirildi. Bu faktı yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidə missiyaları da təsdiqləyib. Nəzərə alaq ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilən seçkiləri 72 beynəlxalq təşkilat, 89 ölkədən 790 beynəlxalq müşahidəçi izləyib.
Bütün bunların fonunda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şəraitində keçirilən prezident seçkilərinin Zəfər seçkisi adlandırılması tamamilə məntiqlidir. Prezident İlham Əliyevin Xankəndidə səs verməsi ilə qürur duyduq ki, bu da təsadüfi deyil. Ötən əsrin 90-cı illərinin əvvəllərində bir milyondan artıq soydaşımız Qarabağdan, o cümlədən Xankəndidən zorla çıxarılmışdı. Fevralın 7-də Prezident İlham Əliyevin və ailə üzvlərinin səs vermək üçün Xankəndi şəhərini seçmələri xüsusi önəm daşıyır. Bir vaxtlar separatizmin yuvasına çevrilmiş Xankəndidə Azərbaycan bayrağının dalğalanması, gerbimizin asılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi hər birimizə xəyal kimi görünürdü. Arzularımızı, xəyallarımızı Müzəffər Prezident cənab İlham Əliyev reallaşdırdı.
Dövlət başçısı İlham Əliyev tarixi bir gündə dünyaya, Ermənistandakı revanşistlərə və onların Qərbdəki havadarlarına mesajlarını Xankəndi seçimi ilə verdi. Zəfər seçkisi xalqımızın xoş gələcəyi və güclü, qüdrətli, qalib Azərbaycan naminə atılan addım oldu. Bu, həm də anti-Azərbaycan mövqeyi sərgiləyən bəzi dövlətlərə və beynəlxalq təşkilatlara tutarlı cavab idi. Regionda baş verən siyasi proseslər fonunda ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri həm də Azərbaycanın gələcək inkişafına, təhlükəsizliyinə qarant olacaq.
İşğala, təcavüzə, separatizmə son qoyaraq Azərbaycanı güclü dövlətə çevirib, regionda sülhü bərqərar edən Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasi xəttin və diplomatik bacarığın bəhrəsini götürür. Bu baxımdan, 2024-cü ilin fevralın 7-də keçirilən prezident seçkiləri beynəlxalq aləm üçün çox ciddi siyasi hadisəyə çevrildi. Zəfər seçkilərində 92 faizdən çox səslə qalib olan Prezident İlham Əliyevi bir çox dövlət başçıları təbrik etdilər. Cənab İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsindən sonra onu təbrik edənlər arasında türkdilli ölkələrin dövlət başçıları xüsusi yer tutur. Fevralın 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi inamlı qələbə münasibətilə səmimi-qəlbdən təbrik etdi, ölkəmizin daha da inkişafı və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzuladı.
Beləliklə, Azərbaycan xalqı örnək seçki mədəniyyəti sərgilədi və növbəti 7 ildə inandığı rəhbərlə əmin addımlarla gələcəyə doğru irəliləməyi seçdi. Qalib xalqın Lideri İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsi istisnasız olaraq onun ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, dövlətimizin güclənməsi, inkişafı və beynəlxalq aləmdəki yerinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

