Azərbaycan daim ədalətə və beynəlxalq hüquqa söykənir
05.02.2024 [20:42]
Keçmişdən bu günə və gələcəyə baxdıqda görünən budur ki, Azərbaycan daim ədalətə və beynəlxalq hüquqa söykənir, bütün məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və bu xəttin son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılan möhkəm hüquqi baza 44 günlük İkinci Qarabağ müharibəsində öz sözünü dedi. Dünya bu məfhumların mövcudluğunu qəbul etdi. Azərbaycanın bu gün xarici siyasət uğurlarından bəhs edərkən dəyişməz prinsiplərinin rolu daim önə çəkilir. Belə ki, ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətlər qurur və yeni prioritetlər üzrə inkişaf etdirir.
Ölkəmizin mövqeyinin tarixi həqiqətlərə, real faktlara əsaslandığını bəyan edən dövlətimizin başçısı İlham Əliyev daim problemin həlli prosesinin uzanmasında işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə yanaşı, bəzi dövlətlərin maraqlarını xüsusi olaraq diqqətə çatdırdı. Bildirdi ki, görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər.
İşğalçı ölkənin beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansısa təzyiqin göstərilməməsi daha böyük iddialarla yaşamasına səbəb oldu. Rəsmi Bakı ən yüksək tibunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü, Qarabağa müstəqillik verilməsi məsələsi qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə, bu, onlar üçün də, sülh prosesi üçün də bir o qədər faydalı olar. Azərbaycan dövləti bu qətnamələrin icrası ilə bağlı vahib mexanizmin olmasının gərəkliyini bəyan etdi. Cənab İlham Əliyev dünyanın hüquq problemini yaşadığnı xüsusi qeyd edir.
Dövlətimizin başçısı İlham Əliyevin Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə də bu kimi məqamlara xüsusi diqqət yönəldildi. Belə ki, Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu bildirən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğuladı.
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Göründüyü kimi, Azərbaycan bu gün də dünyanın ikili standartlar siyasəti ilə üz-üzədir. Ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən, demokratik dəyərlərə hörmətsizlik edən bəzi dünya güclərinin atdıqları addımlar etimad mühitini sıfra endirir. Ölkəmiz hər bir məsələnin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlllinə səy göstərdiyi halda Fransa kimi bu və ya digər dövlətlərə “beynəlxalq hüquq dərsi keçən” dövlətlərin özləri atdıqları addımları ilə bu prinsiplərdən xəbərsiz olduqlarını təsdiqləyirlər. Fransa istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə öz maraqlarını Ermənistanın vasitəsi ilə həyata keçirməyə çalışır. Unudur ki, belə addımlarla özünə qarşı bir inamsızlıq yaradır. Regionda dayanıqlı sülhün təmin olunması üçün sülh müqaviləsinin imzalanması qaçılmazdır. Fransa sülh müqaviləsinin imzalanmasına maneə törətməkdənsə, bu prosesin tezliklə reallığa çevrilməsinə dəstək olsa daha yaxşı olar. Amma görünən odur ki, dünyada hüquq probleminin həlli hələ də mümkün deyil.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

