Siyasi acizliyin və məğlubiyyətin etirafı
25.12.2023 [10:38]
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra gələcək inkişafı, yeni hədəflərin, uğurların əldə olunması, dövlətimizin beynəlxalq aləmdə iqtisadi və siyasi nüfuzunun daha da artırılması üçün növbədənkənar Prezident seçkilərinin keçirilməsini labüd etmişdir. Ölkə başçımızın 7 fevral 2024- cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə Sərəncamı Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi idi.
Azərbaycanda bütün siyasi partiyalara seçkilərdə iştirak etmək üçün demokratik və şəffaf mühit yaradılmışdır. Yaradılmış bu şəraitdən yararlanıb seçkilərdə öz namizədini irəli sürüb, sivil və qanuna müvafiq şəkildə sağlam rəqabət aparmaq əvəzinə, radikal müxalifət öz xislətlərinə uyğun hər seçkidə olduğu kimi bu dəfəki növbədənkənar Prezident seçkilərini də boykot etməyə çağırış edir. Seçkilərlə bağlı boykot çağırışı xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət hər zaman dövlətə, xalqa qarşı müxalif mövqe nümayiş etdirib. Vətən müharibəsi dövründə belə siyasi həmrəylik nümayiş etdirmədi. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq etmək əvəzinə qərəzli, çirkin bəyanatlar səsləndirməyə üstünlük verdilər. Seçkilərin boykot edilməsinə çağırış təxribata yol açan siyasi bir hiylədir və siyasi stabilliyin pozulmasına xidmət edir. Radikalların bu addımları xaricdəki Azərbaycana qarşı yönəlmiş qüvvələrin maraqlarına xidmət edir. Çünki adlarını müxalifət qoyub çirkin əməllərə əl atanlar xaricdəki ağalarından qrant almaq niyyəti güdür. Qərbdəki qüvvələrin məqsədi Azərbaycandakı siyasi stabilliyi pozmaq və ölkəmizin daxili məsələlərinə müdaxilə edərək seçki prosesində təxribatlar törətməkdir. Təəssüflər olsun ki, daxildə bu qüvvələrə yardım edən, qul kimi onlara itaət edən radikal müxalifət öz xalqına belə xəyanət edir. Ölkədəki radikallar ictimaiyyət arasında heç bir nüfuza malik deyil, rəqabət apara biləcək namizəd belə tapa bilmirlər. "Boykot" pərdəsi altında öz zəifliklərini ört-basdır etmək niyyəti güdür, hətta cüzi sayda olan tərəfdarlarına qarşı da xainlik edirlər. Radikalların "boykot" tamaşası arxasında bir sıra məkrli planlar durur, yəni cəmiyyətdə emosional gərginliyə nail olmaq, qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmaq, seçkilər zamanı və sonrakı dövrdə beynəlxalq informasiya ajiotajı yaratmaq və təxribatları davam etdirmək.
Hər bir siyasi partiyanın hansı gücə və elektorata malik olduğu yalnız seçkidən seçkiyə məlum olur. Seçkilərdə iştirak etməmək isə o anlamı yaradır ki, siyasi partiya aciz durumdadır və sosial bazası mövcud deyil. Onlar yalnız dil qəhrəmanlarından başqa bir şey deyillər. Danışdıqları, yazdıqları, sadəcə, sabun köpüyüdür. Uzun illərdir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri sosial şəbəkələr vasitəsi ilə pafoslu bəyanatlarla çıxış edir, hədələyici açıqlamalar verirlər. İndi bir daha məlum olur ki, danışdıqları və yazdıqları, sadəcə, sabun köpüyüdür. Əgər özlərinə arxayın olsa idilər, söz yox ki, seçkilərdə iştirak edərdilər. Əmin deyillər və anlayırlar ki, onlar üçün seçki məğlubiyyəti qaçılmazdır. Bu baxımdan, öncədən üzləşəcəkləri real görünən seçki məğlubiyyətindən qaçmaq üçün boykot kimi absurd iddia ilə çıxış edirlər.
“Siyasi Partiyalar Haqqında” yeni qanuna uyğun olaraq cəmi beş min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma xəyalları puç olmuşdur. Ötən illər ərzində bütün etibar limitini itirmiş və artıq heç bir elektoratı olmayan radikallar öz acizliklərini etiraf etmək əvəzinə növbəti dəfə təxribat, cəmiyyətdə qeyri-sağlam ictimai rəy formalaşdırmaq və ixtilaf yaratmaq yolunu seçib. Bütün bunlar radikalların “boykot” tamaşasının əsl mahiyyətini əks etdirir. Yalnız manipulyasiya və siyasi alverlə məşğul olan təxribatçı qüvvələr seçkilərdə iştirakdan imtina etməklə az sayda olan tərəfdarlarına belə arxa çevirirlər.
Azərbaycan Respublikasının demokratik inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir olunur. Cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyi və hüququn üstünlüyü təmin edilib. Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Azərbaycan dövləti qarşıdan gələn 7 fevral növbədənkənar Prezident seçkilərində də bütün siyasi qüvvələrə bərabər imkanlar yaradıb ki, bu da çox təqdirəlayiq haldır. Dövlətimizin həyata keçirdiyi bütün tədbirlər ölkəmizin demokratik inkişaf prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35

