Xalqının, dövlətinin milli maraqlarını müdafiə edən Lider
22.12.2023 [18:20]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
“Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”
Qalib ölkəmizin Qalib Prezidenti, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 2023-çü ilin 15 oktyabr tarixində Xankəndi şəhərində səsləndirdiyi bu fikirləri böyük zirvələrə doğru irəliləyən, qüdrətini günü-gündən daha da artıran Azərbaycan dövlətinin bugünkü yüksəlişi, inkişafı tam təsdiq edir.
20 il əvvəl 2003-cü ilin 15 oktyabrında prezident seçkilərində Azərbaycan xalqı səsini dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, inkişafa, tərəqqiyə verdi.O tarixi gündən keçən müddət ərzində Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yüksələn xətlə inkişaf edərək, bütün sahələrdə böyük uğurlar qazanaraq tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi. Cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları həyatımıza yeni nəfəs gətirdi.
Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq siyasi müstəvidə nüfuzu yüksələrək elə bir səviyyəyə çatıb ki, ölkəmiz artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir. Bu da onu təsdiq edir ki, Azərbaycan tarixdə heç zaman Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdəki kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi deməyə əsas verir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. Liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Prezident cənab İlham Əliyevin öndə gedən liderlərdən biri kimi dünyanın siyasət aləmində böyük nüfuz qazandı. Ölkə Başçımız cənab İlham Əliyev isə öz fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı ölkənin milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatladı.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olub. Beynəlxalq birliyin Azərbaycana olan inam və etimadının durmadan artması, ölkəmizin təşəbbüsləri, layihələri ilə Avropanın enerji xəritəsini dəyişməsi, dünya miqyasında ən güclü ordularından birini formalaşdırmaq, əhalinin rifahının yaxşılaşdırılması, xalq-dövlət birliyi müstəqillik tariximizin ən böyük nailiyyətləridir.
Tarixi Zəfərdən ötən 3 il sonra 2023-cü ilin 15 oktyabr tarixində üçrəngli bayrağımızın Xankəndi şəhərində ucalması heç də təsadüfi deyildi. 20 il əvvəl eyni günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdi. Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyimizin tam bərpa edilməsinin təsdiqi olmaqla yanaşı, qalib ölkəmizin uğurlarına kölgə salmağa cəhd edənlərə, Xocalısız, Xankəndisiz qələbənin tam olmadığını qeyd edənlərə ən tutarlı cavab idi. Ulu Öndərin layiqli varisi, ən yaxın silahdaşının andiçmə zamanı xalqa verdiyi vədlərin hamısı tək-tək reallığa çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı.
Bu tarixi hadisə, oktyabrın 15-i 20 illin gərgin, məqsədyönlü fəaliyyətin zəfər təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planının – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin birdəfəlik puç olması demək idi.
Bəli, dövlətimizin başçısı cənab İlham Əliyev 20 il əvvəl xalqa verdiyi sözünü yerinə yetirərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qalib Prezidentimizin xalqa arxalanan siyasəti sayəsində Azərbaycan qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrildi.
Məhz, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, milli maraqlara xidmət edən siyasəti nəticəsində Azərbaycan əməkdaşlıq və dialoq məkanı, dünyaya sülh çağırışı edən bir ölkə kimi tanınır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
Gündəm
31 Avqust 13:08
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21

