Konkret mövqe
15.12.2023 [13:59]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibəsində dövlətimizin, xalqın və ölkə rəhbərliyinin yekdil və qəti mövqeyni ifadə etdi. Müsahibədə verilən cavablar bir daha göstərdi ki, ölkəmizin başçısı “sözü də imzası qədər mötəbərdir” deyiminə sadiqdir. Cənab Preizdent kifayət qədər açıq mətnlə, konkret mövqe ortaya qoyur, heç bir suala ikibaşlı cavab vermir.
Ölkənin iqtisadi inkişaf göstəricilərinin yüksələn xətt üzrə artdığını qeyd edən ölkə başçısı müxbirin sadaladığı amillərin guya ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini iddi etməsinə konkret cavab verərək bildirdi ki, bu məsələnin əsasında ilk növbədə aparılan islahatlar dayanır. Hansı ki, o islahatlar ölkə iqtisadiyyatında əsaslı dəyişikliklərə səbəb olmuş, iqtisadiyyatda şaxələndirmə, neft-qaz asılılığından azad olma meyllərinin inkişafına, nəticədə isə ümumi iqtiasadi göstəricilərin yaxşılaşmasına gətirib çıxarmışdır: “Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.” Ölkəmizin xarici borcunun ÜDM-in 10 faizindən aşağıda olmasını xüsusi vurğulayan dövlət başçısı bildirmişdir ki, bu vəziyyət heç də bütün ölkələr üçün səciyyəvi deyildir.
Cənab Prezident bir daha vurğulamışdır ki, bütün diqqət işğaldan azad olunmuş rayonların bərpasına, yenidən qurulmasına və iqtisadiyyatın dirçəldilməsinə yönəldiləcəkdir. 2026-cı ilə qədər 140 min nəfər əhalinin azad olunmuş rayonlara qaytarılmasının təmin edilməsi üçün hökumət bütün resurslarını bu məsələyə yönəldəcəkdir.
Regionda əməkdaşlığın rəqabətdən daha xeyirli olduğunu bildirən ölkə başçısı bu sahədə qazanılmış təcrübəni yüksək qiymətləndirdi: “Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var. Nəqliyyat sahəsinə baxsanız görərsiniz ki, hər iki - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalanır.”
Azərbaycanın logistik imkanlarını, coğrafi mövqeyini yüksək qiymətləndirən cənab Prezident bağlantı layihələrinin kifayət qədər mənfəət gətirəcəyini, əlavə 10 milyon tondan artıq yükün daşınacağını və bundan sonra da iqtisadi inkişafın yüksələn xətt üzrə davam edəcəyini əminliklə bildirdikdən sonra müxbirin risklərdən söz açması, daha doğrusu bu əminliyə bir az inamsız yanaşması diqqətdən qaçmadı. Lakin iqtisadi proseslərin gedişini düzgün dəyərləndirən ölkə başçısı bildirdi ki, hazırkı vəziyyətdə risklərdən danışmağın mənası yoxdur. Çünki ölkənin geosiyasi vəziyyəti və regionda beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələrin olması başlıca şərt olaraq qalır və biz bunu təmin edə bilmişik.
SPECA Proqramında Azərbaycanın yeri və rolu haqqında suala cavab verən ölkə başçısı bildirmişdir: “Bizim SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Bizim indi çoxlu investisiya layihələrimiz var, - Azərbaycanın Mərkəzi Asiyada investisiyalarını, Mərkəzi Asiyanın Azərbaycanda investisiyalarını nəzərdə tuturam. Bizim Şərq-Qərb Trans-Xəzər nəqliyyat marşrutunun bağlılıq layihələri vardır. Bu, Mərkəzi Asiya ölkələri üçün Qara dəniz, Aralıq dənizi və inteqrasiya olunmuş bağlılıq layihələri vasitəsilə Avropa ilə ən cəlbedici nəqliyyat bağlantısıdır. Biz siyasi müstəvidə çox müsbət dinamikanı müşahidə edirik, çünki indiki çətin geosiyasi vəziyyətdə SPECA Proqramına üzv olan ölkələr bu gün sabitlik nümayiş etdirir. Bu, ən vacib amillərdən biridir. Çünki sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. Bu gün SPECA Proqramına üzv olan ölkələrə baxsanız görərsiniz ki, Mərkəzi Asiya və Azərbaycan geosiyasi sabitlik ərazisidir, baxmayaraq ki, yaxınlıqda risklər də mövcuddur. Mərkəzi Asiya ölkələri üçün bu risklər Azərbaycanla müqayisədə hətta daha da yüksəkdir. Odur ki, bu, qeyd etdiyim ölkələrin uğurunun mühüm amili kimi nəzərə alınmalıdır.”
BMT-dən sonra dünyada dördüncü böyük təsisat olan Qoşulmama Hərəkatına dörd ildir sədrlik edən Azərbaycanın bu dörd ildə tutduğu mövqenin doğru olduğunu qeyd edən ölkə başçısı bildirmişdir ki, 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır: “Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı” Ermənistanla bağlanması nəzərdə tutulan sülh sazişinin şərtlərinə aydınlıq gətirən cənab Prezident bildirdi ki, Azərbaycan prosesin əvvəlindən 5 təməl prinsip irəli sürmüşdür ki, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bu beş prinsidən heç biri beynəlxalq hüquq normasından kənar deyildir. Əgər bu prinsiplər əsasında sülh bağlanarsa bu bir təminat olar.
Qarabağ ermənilərinin qayıtmasına gəlincə, onlara heç kim çıxın, gedin deməyib və indi də deyən yoxdur. Sadəcə bir şərt var ki, həmin adamlar əgər Azərbaycan ərazisində yaşamaq istəyirlərsə ilk növbədə Azərbaycan vətəndaşlığını qəbul etməli, ölkə qanunlarına tabe olmalıdır. Burada qeyri-adi görünən bir tələb, yaxud şərt varsa, onda onlar şikayət edə bilərlər. Azərbaycanda onlarla etnik qrup var və hamısı da qanuna tabe olmaqda, hüquqda bərabərdir. Bu şərtləri qəbul edən hər kəsin ölkəmizdə yaşamaq hüququ var və Azərbaycan dövləti bütün hüquqlara təminat verir: “Bir daha qeyd etmək istəyirəm, Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı heç bir etnik qrupun dini və etnik zəmində heç vaxt heç bir problemi və ya narahatlığı olmamışdır. Azərbaycanı tanıyan istənilən kəs bunu təsdiqləyə bilər. Yeri gəlmişkən, bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır.”
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

