Azərbaycan öz beynəlxalq öhdəliklərinə hər zaman hörmətlə yanaşır
14.12.2023 [15:47]
Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən forumda çıxış edən cənab Prezident İlham Əliyev regionda təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslərdən, eləcə də regiondan keçən nəqliyyat dəhlizlərinin önəmindən ətraflı bəhs edib. Dövlətimizin başçısı forumda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını da əhatəli şəkildə cavablandırıb.Dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda da tarixi Zəfərimizə gedən yoldan, 44 günlük Vətən müharibəsinin reallıqlarından, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etməsindən, bugünədək sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan amillərdən geniş bəhs edildi: “Keçmiş məcburi köçkünlərin yüksək səviyyədə yaşayışının təmin edilməsinin əsas prioritetlərdən olduğu bildirildi. Dövlət başçısı cənab İlham Əliyev belə bir tövsiyəni də Forum iştirakçılarına çatdırdı ki, gələn dəfə tədbir keçirəndə Laçına gedin. Çünki o, hazırda bütün azad edilmiş ərazilərdə ən çox məskunlaşmış şəhərdir. Qeyd edək ki, Forum iştirakçıları Zəngilan rayonuna səfər edərək burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış oldular.
Otuz ölkəni təmsil edən 60 xarici ekspertin qatıldığı forumda Prezident cənab İlham Əliyevin səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində olub.Azərbaycan Respublikası 30 ilə yaxın bir müddətdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, beynəlxalq ədalət prinsipi ilə həll edilməsi üçün əlindən gələni əsirgəməmişdir.Çox təəssüf ki, Ermənistanın bu prinsipə məhəl qoymaması,beynəlxalq təşkilatların Ermənistanın bütün qanunsuz hərəkətlərinə göz yumması bizə məsələni həll etmək üçün müharibədən başqa bir yol buraxmadı.Biz suverenliyimizi bərpa edərkən şahidi olduq ki, Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər.Azərbaycan Qarabağdakı insanlara iki seçim təklif etdi: ya Azərbaycanın vətəndaşlığını qəbul etməlidirlər. Biz bunun üçün hüquqi və təhlükəsizlik təminatı veririk. Ya da Azərbaycan torpaqlarını tərk etməlidirlər.Lakin erməni separatçıları Azərbaycan Respublikasının bəyanatlarını və müraciətlərini lazımınca qiymətləndirməyib həddi aşdılar və bir gündən də az sürən antitterror əməliyyatı nəticəsində təslim olaraq bütün fəalliyyətlərini dayandırdılar. Azərbaycan Respublikası bu fəaliyyətini BMT nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib.Bu gün dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biri keçmiş məcburi köçkünlərin tezliklə öz yurd-yuvalarına qaytarılması, onlar üçün lazımi həyat şəraitinin yaradılmasıdır. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır.
Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür.Azərbaycan öz beynəlxalq öhdəliklərinə hər zaman hörmətlə yanaşıb,lakin Ermənistan tərəfindən biz eyni yanaşmanı görmürük.
Azərbaycan Prezidenti cənab İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

