Göygöl rayonunda Heydər Əliyevin 100 illiyi ilə bağlı konfrans keçirilib
11.12.2023 [18:10]
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının inzibati binasında, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Heydər Əliyev irsi əbədi davam edəcək və Müstəqil Azərbaycana daim zəfərlər bəxş edəcəkdir” mövzusunda konfrans keçirilib. Konfransda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev, Ərazi Partiya təşkiat sədrləri, Ağsaqqallar, Gənclər, YAP fəalları və ictimai təşkilat rəhbərləri iştirak etmişdir. İlk öncə YAP Göygöl rayon təşkilatının inzibati binasının qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə konfrans açıq elan edərək, xalqımızın xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş sözü ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olduğunu qeyd edərək, Azərbaycanın yeni tarixinin bütün uğurlarının Yeni Azərbaycan Partiyasının banisi, Müstəqill Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdır. Vüqar İsayev qeyd etmişdir ki, bu gün Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru inamla addımlayır. Bu yol Heydər Əliyev yoludur. Bəli, tam əminliklə demək olar ki, Azərbaycanın daha gözəl gələcəyi var. Bu gün tam əminliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, müasir-müstəqil Azərbaycanımızın sağlam dövlətçilik əsasının dayanıqlı təməlləri üzərində, bu şərəfli siyasi yolun layiqli davamçısı Prezident İlham Əliyev çox məharətlə davam etdirir. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Beləliklə də, Azərbaycan indi nəinki regionda söz sahibidir, eyni zamanda dünya masştabında siyasi fiqura çevrilmişdir. Bu gün Ümummilli Liderimizi hörmət və ehtiramla anırıq! 44 günlük Vətən müharibəsinin qələbə ilə başa vuran Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun alternativi olmadığını bir daha təsdiq etdi. Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən qiymətli tövhə uğurlu siyasi varisi olan Müzəffər Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevdir! İrsimiz Heydər Əliyev irsi, yolumuz İlham Əliyev yoludur!
Sonra Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev çıxış edərək, vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbirlərin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu bildirmiş, Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr verdiyini, Onun işıqlı və parlaq ideyalarının dövlətimizi və xalqımızı daim zirvələrə yüksəldəcəyini qeyd etmişdir. Bu gün Azərbaycanda Heydər Əliyev missiyasının şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirildiyini önə çəkən Arzu Qocayev uğurla davam edən missiyanın nəticəsinin misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunduğunu, bu vacib missiyanın Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirildiyini, ideyaların reallığa çevrildiyini və görülən işlərin qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.
Konfransda Partiya fəalı Kəmalə Nəhmədova “Heydər Əliyev irsi əbədi davam edəcək və Müstəqil Azərbaycana daim zəfərlər bəxş edəcəkdir” mövzusunda məruzə ilə çıxış etdikdən sonra Partiya veteranı Adil Qarayev çıxış etmişdir. Bütün çıxış və nitqlərdə xalqımıza göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanmış, xalqımızın “Tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə” çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.
Tədbirin sonunda son üç gündə YAP Göygöl rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində keçirilən “Xalqa həsr olunmuş ömür” mövzusunda inşa yazı müsabiqəsinin, “Heydər Əlıiyev uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin və “İdmanın inkişafı bizi yeni qələbələrə çağırır” devizi altında Qaçış idman növü üzrə yarışın qalibləri YAP Göygöl rayon təşkilatı tərəfindən Fəxri fərmanlar, kuboklar və hədiyyələrlə təltif edilmişlər.
“Heydər Əliyev irsi əbədi davam edəcək və Müstəqil Azərbaycana daim zəfərlər bəxş edəcəkdir” mövzusunda keçirilən konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə bağlı elan olunmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

