Hərb tariximizdə əlamətdar hadisə
06.12.2023 [12:03]
27 sentyabr 2020-ci ildə başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı tarixi Zəfər əldə etdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi və tarixi ədalətsizliyə son qoydu. Azərbaycan özü, öz gücünə illər öncə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi, lakin kağız üzərində qalmış qətnamələrini icra etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbənin şərəfinə parad keçirildi. Keçirilən parad əvvəlkilərdən fərqli idi. Çünkü bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi.
3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı Vətən mübarizəmizdə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk əsgərinin də iştirak etdiyi Paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.
Vətən müharibəsi boyunca və müharibədən sonra qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını sevindirir. Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etməsi, bir daha Azərbaycan -Türkiyə qardaşlığını, dostluğunu bütün dünyaya nümayişi ilə yanaşı, həm də ermənipərəst dairələrə Azərbaycan artıq tək deyil mesajı idi. Azərbaycan və türk əsgərlərinin bir yerdə, çiyin-çiyinə Azadlıq meydanından keçməsi qürurverici hadisə olmaqla bərabər eyni zamanda verilmiş başqa bir mesaj idi .
Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Bütün dünyanın diqqəti Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında idi. Müzəffrə Ali Baş Komandan cənab İlham Əliyev Paradda çıxış edərək bir daha Azərbaycan həqiqətlərini, Qarabağda ermənilərin törətdikləri vəhşilikləri diqqətə çatdırmış, Ermənistanın işğalçılıq siyasətindən geniş bəhs etmişdir.
“Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi - Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq.” Dövlətimizin başçısının səsləndirdiyi bu fikirlər düşmənə, eyni zamanda onların havadarlarına göndərilmiş ciddi müsaj idi.
Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkı Azərbaycanın qazandığı tarixi Zəfərin nümayişi, gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biridir. 10 dekabr 2020-ci ildə keçirilmiş hərbi paradda bu lövhə də nümayiş etdirilmişdi.
Beləliklə, Müzəffrə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfər və keçirilmiş Zəfər paradı düşmənə, düşmənin havadarlarına, eləcə də bütün dünyaya ermənilərin bəd əməllərinin cavabsız qalmadığını, onların “Böyük Ermənistan” kimi sərsəm xülyalarının darmadağın edildiyini göstərdi.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27

