Qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibət
27.11.2023 [16:10]
Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Qeyd edək ki, SPECA-ya üzv dövlətlərin Zirvə görüşü Azərbaycanın təşəbbüsü ilə 25 ildə ilk dəfə keçirildi. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricisi oldu. Ən əsası Azərbaycanın dünyaya nümunə olan dayanıqlı inkişaf modeli ölkəmizin bu təşəbbüslərində öz əhəmiyyətli rolunu oynayır.
Dövlət başçısı İlham Əliyevin Zirvə görüşündəki çıxışında da bu məqamlar xüsusi yer tutur. “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb. Dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.
Uğurlarımızı şərtləndirən mühüm amillərdən biri də dövlətimizin müstəqil siyasətidir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki. müstəqil iqtisadi inkişafa malik olan ölkə siyasətində müstəqil ola bilər. Azərbaycan bu baxımdan daim nümunə göstərilir. Azərbaycanın bugünkü sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə müstəqil iqtisadi siyasətin özünün uğurlu nəticələrini verdiyini böyük əminliklə qeyd edə bilərik. Tarixən neft ölkəsi olan Azərbaycan iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü inkişafa yol açdı. Bu, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Son 20 ildə neft siyasətinin mətiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın inkişafına xüsusi önəm verməsi, iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasına çağırışlar etməsi bugünkü reallıqlarda öz sözünü deyir. Son 20 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Dövlət başçısı İlham Əliyevin Zirvə görüşündəki çıxışı iqtisadi imkanlarımızın təqdimatı oldu. Belə ki, Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Qeyd etdiyimiz kimi, bunlar Azərbaycanın müstəqil iqtisadi siyasətinin nəticəsidir. Cənab İlham Əliyev Zirvə görüşündə “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil” söyləyərək onu da əlavə etmişdir ki, onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.
Zirvə görüşündə iştirak etmək üçün Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri ölkəmizdə işgüzar səfərdə oldular. Dövlət başçısı İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak etdilər. Belə bir əminlik də qeyd edildi ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.
Qeyd edək ki, tarixi Zəfərimizdən sonra xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması istiqamətində uğurlar aydın şəkildə özünü nümayiş etdirir. O da məlumdur ki, noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ölkəmizdə rəsmi səfərdə oldu. Cənab İlham Əliyev qeyd etdi ki, bu, ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Səfərin çox yaxşı nəticələr verəcəyinə əminlik ifadə olundu. İqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlər müzakirə edildi. Prezident Əbdüllətif Camal Rəşid qeyd etdi ki, iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik. Səfər çərçivəsində əlaqələrin inkişafında hüquqi baza olan sənədlər imzalandı.
Azərbaycanla İraq Respublikası arasında illərdən bəri davam edən dostluq münasibətləri qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 14:58
Gündəm
01 Sentyabr 14:53
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

