Ağdam - inkişafın və tərəqqinin ünvanı!
20.11.2023 [12:27]
20 noyabr Ağdam şəhəri günüdür. Bir vaxtlar xalqmız ərazilərimizin işğal olunduğu günü kədərlə, qəm-qüssə ilə qeyd edirdi. Son 3 ildə isə hər bir azərbaycanlı böyük fərəh və qürurla ərazilərimizin işğaldan azad edildiyi günü böyük təntənə ilə qeyd edir. Dövlətimizin başçısı həmin günün təntənəli keçirilməsi üçün sərəncam da imzalayıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Hər bir şəhər və rayonun işğaldan azad edildiyi gün “Şəhər günü” kimi rəsmiləşdirilib. Sərəncama əsasən, 20 Noyabr – Ağdam şəhəri günüdür.
Bəli, Ağdam- Azərbaycanın cənnət guşəsi, Qarabağımızın göz bəbəyi…. 2020-ci ilin noyabrında 44 günlük zəfər müharibəsi nəticəsində 30 illik mənfur erməni işğalından azad etdiyimiz gözəl Ağdam bu gün əsl sahiblərinə qovuşub. Qarabağın bu cənnət diyarı igid oğullarımızın qəhrəmanlığı ilə, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və düzgün siyasətinin nəticəsində yağı düşməndən azad olundu. Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində deyirdi: “Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi".
Bu tarixi zəfər, ilk növbədə hərbi-siyasi taktika son dərəcə yüksək zəkanın, Ali Baş Komandan qətiyyətinin parlaq təzahürüdür. Bəli, bu gün şəhər gününü qeyd edən Ağdamın işğaldan azad olunması, çox böyük tarixi hadisədir. Ağdamın işğaldan azad olunması, bu şəhərdə quruculuq və inkişaf prosesinə başlanılması ilk növbədə Azərbaycan iqtisadiyyatına olduqca müsbət tendesiyalar gətirəcək. Çünki işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdısa, hazırda Ağdam rayon sakinlərinin sayı 204 min nəfəri ötüb. Hələ 44 günlük zəfər müharibəsindən öncə Ağdamın Azərbaycanın nəzarətində olan hissəsində böyük böyük quruculuq, abadlıq işləri aparılıb. Təsadüfi deyil ki, Quzanlı kəndinə qəsəbə statusu verilib və Quzanlı faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevrilib. Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri qurulub, insanlar üçün iş yerləri yaradılıb.
Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı azad etməklə həm də son 20 il ərzində əldə olunan iqtisadi-siyasi inkişafın ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdə necə məharətlə tətbiq olunmasını göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi, Ağdam rayonunun ərazisində də böyük quruculuq işlərinə start verilib. Ağdam Cümə məscidində bərpa-restavrasiya işləri görülüb, Ağdam Sənaye Parkının ilk müəssisələri işə salınıb, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları fəaliyyətə başlayıb, müasir standartlara cavab verən mehmanxana istifadəyə verilib, 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyulub. Keçən ilin fevralında Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olarkən Ağdamın gələcək inkişafı ilə bağlı mühüm mesajlar verib. Dövlət başçısı qeyd edib ki, Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq: “Bu gün Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılmışdır, bir neçə təməlqoyma mərasimi keçirilmişdir. Hesab edirəm ki, qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”
Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41

