Milli həmrəyliyə söykənən tarixi Zəfərimiz
15.11.2023 [15:45]
Azərbaycan xalqı uzun illər ərzində torpaqlarımızın işğal altında qalmasına dözüməklə yanaşı həmin illər ərzində gücünün, qüdrətinin artırılmasını təmin etdi, beynəlxalq siyasətdə uğurlar qazandı və düşmən üzərində tarixi Zəfəri təmin etdi. Bu işdə xalqın milli həmrəyliyi, Rəhbər-Xalq-Ordu birliyi əsas amil oldu. Müzəffər Ali Baş Komandanımız torpaqlarımızın işğalçılardan azad edilməsi üçün hər gün, hər saat, hər an belə çalışdı və xalqımıza Zəfər günün sevincini yaşamağı nəsib etdi.
Zəfər günümüz ümummilli qürur günümüzdür. Ali Baş Komandanımız, 30 ildir ki, tapdalanan ləyaqətimizi, ümidimizi bərpa etdi. Bu illər ərzində erməni diasporu və Qərb dövlətləri Ermənistanı, Qarabağdakı separatçı rejimi ciddi və açıq şəkildə müdafiə edirdilər. Azərbaycana təzyiq göstərirdilər ki, biz gedib separatçılarla bir masa arxasında əyləşib Qarabağın statusunu müzakirə edək. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın və Qərbin birlikdə həyata keçirdikləri bu çirkin siyasi oyunları pozdu, ərazi bütövlüyü məsələsində ortaya prinsipial, qətiyyətli mövqe qoydu. Ali Baş Komandan haqlı olaraq həm siyasi, diplomatik, həm də hərbi müstəvidə Qarabağın azadlığı üçün fəaliyyətləri gücləndirdi. Ordu quruculuğu sürətləndirildi. Peşəkar hərbi birləşmələr yaradıldı. Vətənpərvərlik ruhunda böyüyən gənclər böyük həvəslə hərbi biliklərə yiyələndilər. Silahlı Qüvvələr üçün ən müasir silahlar əldə olundu, hərbi hissələrin maddi-texniki bazası gücləndirildi. Hərbçilərimiz Türkiyədə, Pakistanda, MDB çərçivəsində bir sıra ölkələrdə təlimlər keçdilər. Qarabağ işğal olunarkən körpə olan övladlarımız böyüyüb Vətənə qəhrəman əsgər oldular. 2020-ci il sentyabrın 27-də cənab Prezidentin əmri ilə Ordumuz hücuma keçdi və 44 gün ərzində Azərbaycan torpaqlarını erməni işğalçılarından təmizlədi. Noyabrın 8-də Azərbaycan mədəniyyətinin paytaxtı olan, Şuşa şəhəri azad edildi, üçrəngli bayrağımız qədim şəhərimizdə dalğalandı. Mərd oğullarımız alınmaz qala hesab olunan Şuşaya piyada, döyüşə-döyüşə qalxdılar. Təbii istehkam olan Şuşanın sıldırım qayaları ilə şəhərə daxil olan igidlərimiz orada əlbəyaxa döyüşlə düşməni məhv etdilər. Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusunun qarşısına qoyulan ilkin missiya tamamlandı. Tarixən Şuşaya kim nəzarət edibsə, Qarabağ da onun olub. Bunu başa düşən Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiya aktına imza atdı. Ermənistanın baş naziri Nikol Paşinyan özü müsahibələrində bildirirdi ki, məğlubiyyət aktına – 10 noyabrda imzalanan üçtərəfli bəyanata imza atmasaydı Qarabağdakı bütün erməni silahlıları mühasirəyə düşüb məhv ediləcəkdilər.
Zəfər günü bizim yeni qələbələrimizin də yolunu açdı. Çoxları düşünürdü ki, 10 noyabr razılaşmasından sonra Azərbaycan Ordusu Qarabağda daha heç zaman hərbi əməliyyatlar həyata keçirməyəcək. Ermənistanın 10 noyabr bəyanatının şərlətini açıq-aşkar pozması Ordumuzu hərəkətə gətirdi. Ağdam, Kəlbəcər, Laçın müharibəsiz Azərbaycana təhvil veriləndən sonra ordumuz digər yüksəkliklərə nəzarəti həyata keçirdi. 2023-cü ilin aprelində Ermənistanla şərti sərhəddə - Laçında keçid məntəqəsi quruldu. Ermənistandan Qarabağa silah-sursat daşınmasının, digər qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını aldıq. Amma erməni separatçıları yenə da çirkin, məkirli əməllərindən əl çəkmədilər. Qondarma rejim referendum, seçkilər keçirir, əraziləri minalayır, terror aktları həyata keçirirdilər. Nəhayət Azərbaycan dövləti revanşist qüvvələrin özbaşınalığına lazımi cavab verdi və sentyabrın 20-də ordumuz antiterror tədbirləri həyata keçirərək bütün Qarabağı separatçılardan təmizlədi. Üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda dalğalandı. Sözü ilə əməli bir olan Müzəffər Ali Baş Komandanımız 20 il bundan əvvəlı ilk dəfə andiçməsi zamanı “Əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq” deyərək xalqa verdiyi sözü yerinə yetirdi.
Cənab Prezident İlham Əliyev Xankəndidəki çıxışında bildirdi ki, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Bəli, bu gün birmənalı qeyd etməliyik ki, Zəfər gününün memarı Azərbaycan xalqını vahid yumruğa çevirən müzəffər Ali Baş Komandanımız cənab İlham Əıliyevdir. Vətən müharibəsi 44 gün çəksə də, Zəfər gününə gedən yol daha uzun və daha çətin olub. İstər hərbi müstəvisində, istər hərbi-siyasi və diplomatik müstəvidə bu zəfərin əldə olunması üçün böyük zəhmətlər çəkilib, cəsarət nümayiş etdirilib. Biz təkcə Ermənistanı deyil, onun arxasında duran böyük gücləri məğlub etdik.
Sözün əsil mənasında milli həmrəyliyə söykənən Zəfər günümüz Böyük Qayıdışa yol açan hadisə olmaqla, Azərbaycan xalqının milli qürur günü, dövlətçilik tariximizin mühüm və şanlı səhifəsidir.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

