Ordumuz Qürurumuzdur
15.11.2023 [12:26]
Noyabrın 8-də Zəfər Günündə xalqımız daha bir qürurlu anı yaşadı. Xankəndi şəhərində keçirilən hərbi parad dünyanın diqqətində oldu. Bir daha sübut olundu ki, bu torpaqların sahibi bizik, qalibiyyət rəmzi olan üçrəgli bayrağımız daim bu ərazilərdə dalğalanacaq və dünyanı heyrətləndirəcək tədbirlərə ev sahibliyi edəcək. Bir qarış torpağını belə düşmənə verməyəcəyini ən yüksək tribunalardan bəyan edən Azərbaycan üç il bundan öncə imza atdığı tarixi Zəfəri ilə bunu bir daha təsdiqlədi. Təbii ki, Zəfərdən sonrakı dövrdə Azərbaycanın atdığı hər bir addım ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə xidmət etdi. Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxış edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən müharibəsindən, xalqımızın milli həmrəyliyindən, igid Azərbaycan əsgərinin əyilməz döyüş ruhundan və müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək əzəli torpaqlarımızı düşmən işğalından azad etməsindən geniş bəhs etdi. Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda da ölkə başçısı vurğuladı ki, nə qədər silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah olan əsgərdir, zabitdir. Azərbaycan əsgər və zabiti ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, əsl qəhrəmanlıq və şücaət göstərmişdir. Peşəkar Azərbaycan ordusunun göstərdiyi fədakarlığı XXI əsrdə heç bir ordu göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır.
Separatçıların kitabının bağlandığını və artıq Azərbaycanda separatçılığa yer olmayacağını bildirən Prezident İlham Əliyev Azərbaycan dövlətinin bu gün bütün əraziyə nəzarət etiyini və bunun səbəbkarlarının on minlərlə Azərbaycan hərbçiləri olduğunu bəyan etdi. Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilib və oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağı qaldırılıb. Cari ilin sentyabrın 19-da başlayan və tam qələbə ilə nəticələnən antiterror əməliyyatının nəticələrini şərh edən cənab Preizdent həmin əməliyyatın bügünkü paradın məhz Xankəndində keçirilməsinin əsas səbəbi olduğunu qeyd etdi; “O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada - Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır. 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi.”
Bu gün Azərbaycanın ordu quruculuğu sahəsində atdığı ardıcıl və məqsədyönlü addımlar davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyevin Xankəndi paradında qeyd etdiyi kimi, Ermənistanda revanşist qüvvələrin baş qaldıracağını, işğalçının arxasında dayanan və erməniləri bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələrin onlara yenə də təxribatçı siqnallar verəcəklərini bilirdik. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət ölkəmizin nəzarətindədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün şərait yaratdı. Bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə bir mesaj oldu ki, kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz. İlk növbədə, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxmalı idi. Amma reallıqda bunun əksini gördük. Ermənistanın bu kimi təxribatçı addımları Azərbaycan Silahlı Qüvvələrinin birgünlük lokal xarakterli antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Artıq separatçı-terrorçulardan tamamilə təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasının qürurunu yaşayırıq. Hərbi paradda Prezident İlham Əliyevin söylədiyi fikirlər Ermənistana və onun havadarlarına bir mesaj olmalıdır. Ermənistan hakimiyyəti, revanşist qüvvələr və onların arxasında dayanan ölkələr Ermənistanın 2020-ci ildə düşdükləri aqibəti unutmamalıdır. Xankəndidə Müzəffər Ali Baş Komandanın Zəfər günü ilə bağlı qəbul etdiyi parad və vermiş olduğu mesaj bir çoxları üçün açıq xəbərdarlıqdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37

