Zəfər günü Pirallahı rayonunda təntənəli şəkildə qeyd olundu
07.11.2023 [18:03]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 03 dekabr tarixli Sərəncamına əsasən “08 Noyabr - Zəfər günü” bütün ölkə ərazisində olduğu kimi Pirallahı rayonunda da təntənəli şəkildə qeyd olundu. Noyabr ayının ilk günündən etibarən rayonun bayram əhval-ruhiyyəsində tərtibatı üçün Gürgən qəsəbəsinin girişində, Qala Divarlarının üzərində plakatlar asılmış, Qələbəmizin rəmzi olan “Xarı bülbül” emblemi və Zəfər günü ilə əlaqədar bannerlər bilboardlara vurulmuşdur. Əlavə olaraq mərkəzi küçə boyu yerləşən binaların eyvanlarında və dövlət əhəmiyyətli inzibati binaların hər birində şanlı bayrağımız asılmışdır.
Bununla yanaşı, Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən 08 noyabr-zəfər gününə həsr olunmuş Tədbirlər Planı işlənib hazırlanmış və Plana uyğun olaraq Vətən müharibəsi işirakçıları ilə görüşlər, intellektual yarışlar, idman yarışları, məktəblilərin əl işlərindən ibarət rəsm sərgiləri, ağacəkmə və humanitar aksiyalar keçirilmişdir. 07 noyabr 2023-cü il tarixdə isə təntənəli bayram tədbiri baş tutmuşdur. Tədbirdən öncə səhər saatlarında RİH başçısı Vasif İmanovun rəhbərlik etdiyi heyət rayon ərazisindəki körpü ilə “Nərəkənd” kompleksi arasındakı “Zəfər Parkı” adlanan ərazidə ağacəkmə aksiyasında iştirak etmişdir. Aksiya çərçivəsində 200 ədəd ağac və müxtəlif gül kolları əkilmişdir. Daha sonra RİH başçısı Vasif İmanov, şəhid ailələri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Əfsun Sucayev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri “Vətən uğrunda abidə kompleksi” qarşısında şəhidlərə ehtiramlarını ifa edərək, abidənin mərkəzində yerləşən məşəl qarşısına gül dəstələri düzmüşdür. Eyni heyət Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında “Qarabağ sən azadsan!” başlıqlı flaşmoba baxış keçirmişdir. Məlumat üçün qeyd edək ki, flaşmob iştirakçıları rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdlərindən könüllü surətdə seçilmiş, şagirdlərə papaq və xüsusi geyimlər öncədən paylanılmışdır. Flaşmob yüksək əhval-ruhiyyədə baş tutduqdan sonra, iştirakçılar tərəfindən vətənpərvərlik ruhunda şüarlar səsləndirilmişdir.RİH başçısının rəhbərlik etdiyi heyət daha sonra RİH-nin inzibati binasının birinci mərtəbəsində yerləşən Ulu Öndər Heydər Əliyevin büstü qarşısına gülqoyma mərasimində iştirak etmişdir.
Növbəti olaraq Gənclər Mərkəzində “4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələrinin əl işlərindən ibarət rəsm və Pirallahı rayon kütləvi kitabxanası tərəfindən hazırlanan kitab sərgisinə baxış keçirilmişdir.
RİH başçısının və qonaqların gəlişi ilə "Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir", " Ata vəsiyyəti və İnamlı Zəfər" başlıqlı konfrans öz işinə başlamışdır. Konfransda RİH başçısı Vasif İmanov, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov və YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək Zəfər salnaməmizdən, bu zəfəri bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, əzmkar, məqsədə hesablanmış siyasətindən və Azərbaycan Silahlı Qüvvələrinin rəşadətindən bəhs etmişdilər.
Çıxışı zamanı V.İmanov vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi olmuşdur. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edilmiş və Azərbaycan öz gücünü, öz qüdrətini göstərmişdir. RİH başçısı onu da qeyd etdi ki, İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu bir daha göstərdi. Bu dövrdə siyasi partiyalar tərəfindən ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalanmışdır. Nitqinin sonunda RİH başçısı bildirdi ki, böyük qələbədən sonra Azərbaycanın tarixində yeni səhifə başlayıb. Hazırda azad edilmiş ərazilərdə hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər inşa olunur. Azərbaycanın quruculuq missiyası uğurla davam etdirilir. Şübhə yoxdur ki, bundan sonra Azərbaycan yalnız inkişaf yolunda irəliləyəcəkdir.
Daha sonra çıxış edən Fərhad Məmmədov və Əfsun Sucayev qeyd etdilər ki, müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi.
Çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov vurğuladı ki, böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu Qələbə tarixdə əbədi qalacaq.
Çıxışlar yekunlaşdıqdan sonra tədbirin bədii hissəsi öz işinə başladı. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisəslərinin iştirakı ilə baş tutan bədii hissə rəngarəng çıxışlarla yadda qaldı.
Sonda RİH başçısı, qonaqlar, mədəniyyət xadimləri və uşaqlar xatirə şəkli çəkdirdi.
Xəbər lenti
Hamısına baxSosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08

