“ İlham Əliyev qətiyyəti - 8 noyabr Zəfər günü! ” mövzusunda tədbir keçirilib
07.11.2023 [10:34]
YAP Şəmkir rayon təşkilatının qərargahında keçirilən tədbirdə rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Abdullayeva, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, ərazi partiya təşkilat sədrləri, və partiya fəalları iştirak etdilər.
Tədbir Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə gül dəstələri düzdülər onların əziz xatirəsini yad etdibər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Yaddaşımızda babalarımızın “El gücü, sel gücü”, “El bir olsa dağ oynadar yerindən” deyimləri yeni, əməli fəaliyyət müstəvisində təzələndi, azadlıq müharibəmiz xalqımızın min illərdən süzülüb gələn təmiz milli-mənəvi dəyərlərinin, azadlıq uğrunda mübarizə ruhunun imtahanı, onun dəyanətliliyinin və mətinliyinin ayarı sayıla bilən məhək daşı oldu.
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Abdullayeva qeyd etdi ki, biz bu tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi əlbəttə çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk. Bu Vətən müharibəsində müzəffər ordumuzun Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq. Lakin etiraf edək ki, qələbənin miqyasını dərk etməkdə, necə deyərlər, onu həzm etməkdə, onun miqyası və mahiyyətini, keçmişin qara ləkəsini yuyub gələcəyə necə işıq saldığını layiqincə dəyərləndirməkdə hələ zamana ehtiyacımız var. Zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacağıq.
Sonra çıxış edən 44 günlük Vətən müharibəsi şəhidi Qəhrəmanov Ruslannın atası Mehman Qəhrəmanov bildirdi ki, İlham Əliyevə 20 il ərzində xalqımızın mütləq əksəriyyətinin güvən və etibarı, onun şəxsiyyətinə, siyasi iradəsinə, vətənə və dövlətçiliyimizə sədaqətli xidmətinə xalqın inamı da bu tarixi qələbəmizdən sonra keyfiyyətcə yeni mərhələyə daxil oldu. Həm xalqımız, həm ordumuz, həm də Prezidentimiz üçün 44 günün hər biri şərəf, ləyaqət və qürür günü oldu. 44 günlük müharibə xalqımızın bütün mənsublarını istər ölkədə, istərsə də onun hüdudlarından kənarda bir yumruq kimi səfərbər edib birləşdirdi. Vətən müharibəsində qələbələrimiz təlim-tərbiyə işimizin on illərlə yetişdirə biləcəyi müsbət mənəvi keyfiyyətləri 44 gündə elə gücləndirdi, ona elə bir yeni məzmun verdi ki, bunu ancaq dərin fəlsəfi təhlil ilə xırdalamaq olar.
Sonda çıxış edən 44 günlük Vətən müharibəsi iştirakçıları və qaziləri qeyd etdilər ki, Unutmamalıyıq ki, düşmən üzərində qələbəmiz Heydər Əliyevin azərbaycançılıq siyasətinin qələbəsidir, onun təntənəsidir. Bu qələbə Heydər Əliyev siyasətini dönmədən həyata keçirən, ölkəmizin bütün etnoslarını vahid Azərbaycan milləti kimi Vətən müharibəsinə hazırlayan, “Mən hər bir azərbaycanlının prezidentiyəm”, “Azərbaycan dünyanın bütün azərbaycanlılarının vətənidir” - deyən Prezident İlham Əliyevin birləşdiricilik, quruculuq, xilaskarlıq missiyasının təntənəsidir. Qalibiyyətli Vətən müharibəsində azərbaycanlı kimliyi, vətəndaş millətçiliyi, vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi.
Yekunda 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına YAP Şəmkir rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

