Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm töhfə
30.10.2023 [10:30]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan dövləti uğurlu enerji siyasəti həyata keçirir. Hazırda ölkəmiz etibarlı nəqliyyat dəhlizlərinin təmin edilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasının şaxələndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Belə bir strategiya ölkəyə qlobal enerji bazarında mühüm oyunçulardan birinə çevrilməyə imkan verib. Bu gün dünyada, eləcə də yaxın regionumuzda baş verən konfrantasiyalar fonunda Avropanın enerji bazarında hökm sürən qeyri-müəyyənlik də Azərbaycanın strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, etibarlı enerji mənbəyi statusunu da gücləndirib. Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi baxımından Avropanın əsas tərəfdaşlarından birinə çevrilib. Hər il ölkəmizdə keçirilən ənənəvi Bakı Enerji Həftəsində dünyanın müxtəlif ölkələrindən yüzlərlə qonaq iştirak edir. Bu il də belə oldu. Bu fakt ölkəmizin artan nüfuzunun göstəricilərindən biridir. Bu mötəbərlər tədbir bir daha təsdiqləyir ki, dövlətimizin enerji diplomatiyası qlobal enerji təhlükəsizliyində və regional davamlı inkişafın təmin olunmasında güclü rol oynayır.
Əgər əvvəllər Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməyə yeni başlayanda ölkəmizin qaz mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verə biləcəyinə şübhə ilə yanaşan müəyyən dairələr var idisə, bu gün vəziyyət kəskin şəkildə dəyişib. Avropa İttifaqının qaz və neft idxalından kritik asılılığı kontekstində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib və Cənub Qaz Dəhlizinin öz rolunu artırmaq imkanları getdikcə artır. Hazırda daha çox Avropa dövləti Azərbaycan qazının tədarükünə maraq göstərir.
Məlumdur ki, təbii qaz Avropanın iqtisadi inkişafı üçün mühüm enerji resursudur və Aİ-yə üzv dövlətlər xarici enerji təchizatçılarından çox asılıdır. Azərbaycan daxili resurslar, şaxələndirilmiş enerji balansı və təchizat bazarları hesabına davamlı enerji müstəqilliyinə malik ölkələrdən biridir və Avropa bazarını fasiləsiz enerji təchizatı ilə təmin etmək iqtidarındadır.
Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan alternativ enerji sahəsində də ciddi nailiyyətlərə imza atır. Çünki dünyada alternativ enerji mənbələrinə keçid əhəmiyyətli dərəcədə artmaqdadır. Azərbaycanın da alternativ enerji potensialı yüksəkdir. Hazırda “yaşıl iqtisadiyyat”a, o cümlədən də bərpa olunan enerjiyə keçidin dünyada çağırışlardan birinə çevrildiyini nəzərə alsaq, müasirləşməni strateji inkişaf kursu kimi müəyyənləşdirən Azərbaycan üçün də bu amil prioritetdir.
Ölkəmizdə son illər “yaşıl enerji”nin tətbiqi istqamətində mühüm tədbirlər həyata keçirilir. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsi də bunu təsdiqləyir. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiyanın açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin dediyi kimi, müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Dövlətimizin başçısı mərasimdə vurğulayıb: “...Bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır”.
Ümumiyyətlə, alternativ enerjiyə keçid Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan dövləti bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verir. Azərbaycan dövlətinin ölkənin enerji müstəqilliyini bərpa olunan mənbələr hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərməsi heç də təsadüfi deyil. Ölkə ərazisi, xüsusən də Abşeron yarımadası, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Cənab Prezident işğaldan azad olunmuş ərazilərimizi “yaşıl enerji” zonası elan edib. Bu mənbələrdən səmərəli istifadə olunması isə yeni enerji gücləri deməkdir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasıdır. Bununla da, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, xarici ölkələrə də enerji ixracını əhəmiyyətli dərəcədə artıra biləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

