Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir
17.10.2023 [12:31]
Vüsal Hüseynov-YAP Xocavənd rayon təşkilatının sədri
Türkiyə Cümhuriyyəti Azərbaycanın ən yaxın müttəfiqidir. Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan region dövlətlərindəndir.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verib və 10 il ərzində bu kursun yüksələn xətt üzrə inkişafını təmin edib. Bu istiqamətdə ilk addım isə Azərbaycan Prezidentinin 8-11 fevral 1994-cü il tarixdə Türkiyəyə ilk rəsmi səfəri olub.
8 fevral 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyəti prezidentinin iqamətgahı olan «Çankaya» köşkündə Prezident Süleyman Dəmirəl tərəfindən rəsmi qarşılanma mərasimi olub. Qarşılanma mərasimində çıxış edən Prezident Heydər Əliyev bildirib: «Bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım olmuşdur». Elə həmin gün «Çankaya» köşkündə Azərbaycan Prezidentinin şərəfinə Türkiyə Prezidenti Süleyman Dəmirəl ziyafət təşkil edib. Sonra Prezident Heydər Əliyev Türkiyə Cüvhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib, xatirə kitabına ürək sözlərini yazıb.
Fevralın 9-da Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisində olub, millət vəkilləri qarşısnda çıxış edib. Türkiyə-Azərbaycan münasibətlərinin tarixinə toxunan Heydər Əliyev qeyd edib: «Sizə bildirmək istəyirəm ki, xalqlarımızın keçmiş tarixi, bu günə qədər yaşadığımız dövr bundan sonra daha yaxın, daha çox dost və qardaş olmağımız üçün böyük təməldir. Əmin ola bilərsiniz ki, biz bu təməl əsasında bundan sonra da irəli gedəcəyik, Türkiyə ilə Azərbaycan arasında iqtisadi, ticarət, elm, mədəniyyət, təhsil sahəsində, bütün başqa sahələrdə əlaqələr xüsusi xarakter daşıyacaq, başqa dövlətlərlə olan əlaqələrdən dostluq, qardaşlıq əlaqələri kimi fərqlənəcəkdir. Bizim mövqeyimiz belədir. Biz bu yolla gedəcəyik və əmin olun ki, bugünkü Azərbaycan dövləti bu yola sadiqdir və sadiq qalacaqdır».
Həmin gün Prezident Heydər Əliyev Bilkənd Universiteti İdarə Heyətinin sədri İhsan Doğramaçı ilə görüşüb və Azərbaycan Prezidentinə Hacəttəpə Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi olub.
Fevralın 9-da həmçinin, səfərin ən mühüm hadisələrindən biri, Türkiyə-Azərbaycan sənədlərinin imzalanması mərasimi olub. İki dövlət arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş, ümumilikdə 16-dək sənəd imzalanıb. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalanıb. Bu sənəd iki ölkə arasında gələcək əlaqələrin inkişafı üçün çox dəyərli və gərəkli əsasdır. Ümumilikdə isə Türkiyə Cümhuriyyətinin dövlət rəhbərləri ilə, nazirlərlə 16-dək müqavilə və protokol imzalanıb. Həmin sənədlərdə ayrı-ayrı sahələrdə münasibətlərin genişləndirilməsi və inkişaf etdirilməsi proqramı öz əksini tapıb.
Fevralın 10-da Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyənin mötəbər iş adamları ilə görüşüb. Heydər Əliyev Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrin inkişafına böyük maraq göstərdiyini vurğulayıb və Türkiyənin böyük şirkətlərinə investisiya qoymaq üçün hər cür şərait yaratmağa hazır olduğunu bildirib.
Fevralın 11-də Ankarada görüşlərini başa vuran Azərbaycan Prezidenti İstanbula yollanıb. İstanbulda Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil olunan mətbuat konfransında Türkiyəyə ilk rəsmi səfərinin yekunları barədə ətraflı məlumat verib.
Bütövlükdə Azərbaycan Respublikası Prezidentinin Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verib
Azərbaycan Türkiyə qardaşlığının davamı olaraq 44 gün ərzində apardığımız bu haqq savaşı dost və qardaş ölkələri bizə bir daha tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə verib, məkrli siyasət aparan dövlətlərin əsl simasını da üzə çıxardı. Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi, siyasi dəstəyini və köməyini əsirgəmədi. Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Müharibənin başladığı ilk günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Qarabağ zəfəri sayəsində dünya iki qardaş ölkənin bir-birinə necə cani dildən bağlı olduğunun şahidi oldu.
2021-ci il iyunun 15-də Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada iki dost və qardaş ölkə arasında Bəyannamə imzalamaqla, sözün əsl mənasında, tarix salnamə yazdılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə müttəfiqliyinin rəsmi təminatı oldu.
Artıq bütün dünya üçün sirr deyil ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Bu, tarixən də belə olub, illər keçsə də belə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

