Müasirləşdirilmə gələcəklə bağlı baxışımızı, gündəliyimizi səciyyələndirir
06.10.2023 [15:23]
Azərbaycan zamanın tələblərinə uyğun olaraq bütün sahələrdə yeniləşməyə, təkmilləşməyə xüsusi önəm verir, yeni-yeni çağırışların yüksək səviyyədə cavablandırılmasını əsas hədəf kimi qarşıya qoyur. Oktyabrın 2-də başlayaraq beş gün davam edən, 100-dən artıq ölkədən beş mindən çox iştirakçını bir araya gətirən 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın müasir texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verdiyini və uğurlu nəticələri ilə dünyanın diqqətində olduğunu bir daha təsdiqlədi. Konqresdəki çıxışında “Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər” söyləyən dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə sözü gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.
Bu mötəbər tədbirə ev sahibliyi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna, artan nüfuzuna işıq salır. Ölkə Prezidentinin də vurğuladığı kimi, müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkələrin qarşısında dayanan vəzifələri qeyd edərkən beynəlxalq aləmdə özünü təsdiqləməsini, varlığı barədə zəngin təsəvvür yaratmasını xüsusi diqqətə çatdırırdı. Azərbaycan 1993-cü ildən, Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin uğurlu inkişafına, həqiqətlərimizin əsaslı şəkildə təbliğinə nail oldu. Bu kimi tədbirlər Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasında mühüm platformadır.
Onu da qeyd edək ki, Azərbaycan ilk dəfə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, 1973-cü ildə 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. 50 il sonra yenidən ev sahibliyi böyük rəmzi məna daşıyır. Bu dəfə Azərbaycan Konqresə müstəqil dövlət kimi ev sahibliyi edir. Son 20 ilə yaxın dövrdə Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin gələcəyə hesablanan, təkmil siyasətinin müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində Azərbaycana qazandırdığı uğurlar davamlılığı ilə diqqətdədir. 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilməsi, həmin ildə Azərbaycanın ilk milli “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması bugünkü reallıqların əsası oldu. 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi peyki istifadəyə verildi. 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarıldı.
Həyata keçirilən bütün bu kimi tədbirlər Azərbaycanın informasiya təhlükəsizliyini şərtləndirdi, respublikamızda, bölgədə, dünyanın istənilən nöqtəsində baş verən hadisələri izləməyə şərait yaratdı, iqtisadi tərəqqini sürətləndirdi, telekommunikasiya sektorunda xarici asılılığı aradan qaldırdı.
Onu da qeyd edək ki, Bakının ev sahibliyi ilə baş tutan 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar, yüksək ayırdetməli elektrooptik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. “IAI” peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq. Azərbaycanda istehsal olunacaq iki peyk 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq.
Göründüyü kimi, Azərbaycan müasir texnologiyaların inkişafı və tətbiqi sahəsində davamlı uğurları ilə diqqətdədir. Dünyanın texnoloji gündəliyinin ölkəmizdə müzakirə edilməsi, gələcəklə bağlı prioritetlərin müəyyənləşdirilməsi böyük şərəfdir. Dövlət başçısı İlham Əliyev Konqresdəki çıxışında “Beləliklə, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır” fikirləri ilə Azərbaycanın keçdiyi uğurlu yolun aydın mənzərəsini təqdim etdi.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58

