İşğaldan azad edilən ilk şəhərimiz - Cəbrayıl
06.10.2023 [11:53]
Doğma Qarabağımızın bir parçası, Cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəd olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, Azərbaycanın digər yaşayış məntəqələrində - şəhərlərdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə müvəqqəti olaraq yerləşdilər, bir qismi binalarda, bir qismi çadırlarda yaşadılar. Cəbrayılın və digər ərazilərimizin 20 faizinin işğala məruz qalması ən çox Ümummilli Lider Heydər Əliyevi narahat edirdi. Erməni silahlı birləşmələri tərəfindən torpaqlarımızın bir qisminin işğala məruz qalmasına, insanlarımızın həlak olmasına baxmayaraq Heydər Əliyev həmişə bölgəmizdə, Qafqazda, eləcə də dünyada sülhün və əmin –amanlığın tərəfdarı idi. Ulu Öndər hər zaman müharibənin, insanların həlak olmasının, yaralanmasının əleyhdarı olmuşdur.1996-cı il sentyabr ayının 7-də Prezident sarayında Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğalının üçüncü ildönümü ilə əlaqədar həmin bölgələrin ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdə Ulu Öndər yekun nitqində demişdir: “Ancaq biz istəyirik ki, bölgəmizdə, Qafqazda sülh olsun. Çünki daim müharibə aparmaq olmaz, daim bir-biri ilə düşmənçilik şəraitində yaşamaq olmaz. Bunu dünya təcrübəsi özü göstərir, bunu tarix göstərir, bunu iyirminci əsrin tarixi göstərir. İyirminci əsrdə nə qədər böyük müharibələr olub - Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, başqa müharibələr, indi gedən müharibələr - hamısı sülhlə qurtarır və müharibə edən ölkələr, dövlətlər müəyyən bir vaxtdan sonra sülh şəraitində yaşayırlar. Hamısını biz tarixdən görürük.Ona görə də mən belə hesab edirəm ki, biz böyük sülhə nail olub sülh şəraitində yaşayacağıq. Amma eyni zamanda, bir də deyirəm, biz torpağımızın bir qarışını da, bir metrini də heç vaxt heç kəsə verməyəcəyik. Biz bütün qonşularımızla sülh şəraitində yaşamaq istəyirik. Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqillıyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir. Bu, bizim şərəfli vəzifəmizdir və əmin ola bilərsiniz ki, bu vəzifənin həyata keçirilməsi yolunda mən bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.”
Ümummilli Liderimiz münaqışənin sülh yolu ilə həll edilməsi üçün müstəsna xidmətlər göstərdi. Amma məkrli düşmən və havadarları buna maneə oldular. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizləndi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması, bu məqsədlə güclü ordu yaradılması istiqamətində Ulu Öndərin axıra çatdıra bilmədiyi işləri də Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev başa çatdırdı və öz rəşadətli ordusu ilə birlikdə xalqımıza böyük Zəfər bəxş etdi. 2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan etdi.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olundu. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan - İran sərhədinə dövlət nəzarəti qismən bərpa edildi. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda oldular. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbacan bayrağını qaldırdı.
Cəbrayıllıların 27 illik yurd həsrətinə 8 gündə son qoyuldu və Cəbrayıl işğaldan azad edilən ilk şəhərimiz oldu. Artıq otuz ilə yaxın müddətdə məcburi köçkün vəziyyətində olan həmvətənlərimizin yurd həsrəti hazırda bitmək üzrədir. “Böyük Qayıdış” artıq başlanıb və tezliklə daha geniş vüsət alacaqdır.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

