27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl
05.10.2023 [11:54]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
1990-cı illərin əvvəllərindən başlayaraq erməni separatçılarının Azərbaycana olan torpaq iddiaları və hərbi təcavüzü nəticəsində rayon və kəndlərimiz işğal olundu və nəticə etibarı ilə bir milyondan çox azərbaycanlı öz doğma yurd yuvalarından didərgin düşdü. Ard-arda rayonlarımızın işğalı ölkənin siyasi və iqtisadi durumunu da çətinləşdirir, Azərbaycanın bir dövlət kimi süqutuna zəmin yaradırdı.
1993-cü ildə digər rayonlarımız kimi Cəbrayıl rayonununda düşmən tərəfindən işğalı və işğal nəticəsində rayon sakinlərinin öz doğma yurd-yuvalarından didərgin düşməsi çox ciddi sosial-iqtisadi problemlərə gətirib çıxardı.
Belə bir çətin dönəmdə xalqın imdadına yetişən Ümummilli lider Heydər Əliyevin uğurlu, uzaqgörən siyasəti sayəsində 1994-cü ildə imzalanan atəşkəs müqəviləsi daha geniş miqyaslı ərazi və torpaq itkilərindən Azərbaycanı xilas etmiş oldu.
“Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək” fikrini söyləyən Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı.
Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində xalqımızın torpaq və vətən həsrətinə son qoyuldu. Bu tarixi Zəfərin ilk müjdəsi isə 4 oktyabr 2020-ci il tarixdə məhz Cəbrayıl rayonunun işğaldan azad olunması oldu
Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır. Dünya ölkələri, xüsusilə də Qərb dünyası yeni reallığı dərk edir, bununla barışmalı olur. İqtisadi cəhətdən yüksək inkişafa nail olmuş Azərbaycan uğurlu xarici siyasət yürüdür. Burada Türkiyə ilə qardaşlıq münasibətini, Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrini xüsusi qeyd etmək olar. Şanlı qələbəmiz ilə əlimiz gücləndi. İndi biz masa arxasında qalib ölkə kimi otururuq, bu isə düşməni şərtlərimizi qəbul etməyə məcbur edir.
Postmünaqişə dövründə regional geosiyasi gündəliyi Azərbaycan diktə edir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər.
İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışın təmin olunması, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarının yaradılması və bu kimi digər istiqamətlərdə görülən işlər ölkəmizin gücünün artması, yeni perspektivlərin açılması deməkdir. Ən əsası, bu, Azərbaycanın strateji hədəflərə doğru əmin addımlarla irəliləməsini təmin edir.
44 günlük Vətən Müharibəsində şanlı ordumuz tərəfindən işğaldan azad olan ərazilərə artıq yeni nəfəs gəlib, bu gün bu ərazilərdə aparılan bərpa işləri, infrastrukturun bərpası, strateji obeyktlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları əsasında aparılır və 30 il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

