Cəbrayıl şəhəri günü təntənə ilə qeyd olunur
04.10.2023 [12:52]
Təcavüzkar Ermənistanın işğalda saxladığı rayonlarımızdan biri də Cəbrayıl rayonu olmuşdur. Cəbrayıl rayonu işğal zamanı 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. 1050 kvadrat kilometri əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Cəbrayıl rayonu təbii sərvətlərlə zəngin rayonlarımızan biri olmuş, işğala qədər kənd təsərrüfatının bir çox sahələri yaxşı inkişaf etmiş, eyni zamanda, bir sıra sənaye müəssisələri mövcud olmuşdur. Cəbrayıl rayonunda qədim tarixi-mədəni abidələr - “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.
İşğala məruz qalan Cəbrayıl rayonun sakinləri 27 il məcburi köçkün həyatı yaşamalı olmuş və respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.
Azərbaycan Ordusunun 1994-cü il yanvar ayının 5-də keçirdiyi Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi və eləcə də bəzi strateji yüksəkliklər işğalçılardan azad edilmişdi. 2016-cı ilin aprel döyüşləri zamanı isə ordumuzun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları ölkəmizi Böyük Qələbəyə yaxınlaşdırırdı.
2020-ci ildə Azərbaycan xalqı sübut etdi ki, işğalla barışmayıb və düşmən 27 sentyabr tarixində növbəti dəfə təxribatlara əl atanda ordumuzun cavabı çox ağır oldu. Azərbaycan Orudusu işğalda olan torpaqlarımızı düşməndən azad etməyə başladı. Vətən müharibəsinin ilk günü azad edilən ərazilərimizdən iki kənd məhz Cəbrayıl rayonunun kəndləri idi. Zəfər yürüşünü davam etdirən Azərbaycan Ordusu 3 oktyabr tarixində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonu ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 26 noyabr 2020-ci ildə imzaladığı Sərəncama əsasən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təsis edilmiş və ümumilikdə 22797 hərbçi bu medalla təltif edilmişdir. Cəbrayıl rayonu azad edildikdən sonra ölkə başçısı İlham Əliyev 7 dəfə rayona səfər etmiş, ilk səfəri zamanı Xudafərin körpüsündə dövlət bayrağımızı ucaltmışdır. Digər səfərləri zamanı isə Prezident İlham Əliyev çoxsaylı təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Cəbrayıl rayonunda da bərpa-quruculuq işləri sürətlə həyata keçirilir, insanların öz doğma yurd-yuvalarına qayıdaraq yaşaması və işləməsi üçün lazımi infrastrukturun yaradılması istiqamətində ciddi tədbirlər görülür.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

