Qurtuluşa gedən yolun başlanğıcı
02.10.2023 [12:52]
“Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Bizim məqsədimiz Azərbaycanı tam demokratik dövlət etməkdən, demokratiya yolu ilə irəlilətməkdən və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaqdan, azadlığını təmin etməkdən ibarətdir.” Dahi şəxsiyyət Heydər Əliyev, eyni zamanda belə bir çağırışı da diqqətə çatdırmışdır ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir.
Təbii ki, Azərbaycanın bugününü müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə müqayisə etdikdə hansı çətinlikləri arxada qoyduğumuzu, daha dəqiq desək, bugünümüz üçün kimə borclu olduğumuzu daha dərindən dərk edir və böyük əminliklə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Pezident seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq xilaskarlıq missiyası gəlir. Azərbaycanın müstəqilliyinin daimiliyini təmin edən Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bu günü üçün gördüyü işlərin əsasında Onun uzaqgörənliyi, Vətəninə, xalqına bağlılığı dayanırdı. Dahi şəxsiyyətin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəkdə müstəqilliyini düşünərək atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, Azərbaycan gənclərinin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin Ümummilli Liderin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində atdığı addımlar bugünümüzə və gələcəyimizə hesablanmışdı.
Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində də Azərbaycanın bu günü üçün mühüm qərarlar qəbul edilmişdir. Bunlardan biri dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə xidmət edən qərar - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsidir. Ulu Öndərin Naxçıvan fəaliyyətindən bəhs edərkən bu gün ölkəmizin həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. 1992-ci il 21 noyabr tarixində təsis konfransını Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin həyatında yeni mərhələ başlandı. Partiyanın yaradılmasından çox keçmədi ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı.
Bu tarixi paralel daim xalqımız tərəfindən aparılır ki, Ümummilli Lider Heydər Əliyev necə hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın geridə qalmış ölkəsindən ən qabaqcıl ölkəsinə çevirdi, eləcə də 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək dəyər verildi, malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə gərgin səylərin nəticəsində 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyuldu, siyasi müstəqillik üçün möhkəm təməl formalaşdı. "Əsrin müqaviləsi"nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti daha çox təhlil edilir. Çünki bu saziş Azərbaycana inamı artırdı, etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı.
Ulu Öndər Heydər Əliyev Azərbaycanda demokratik cəmiyyətin yaradılması istiqamətində mühüm addımlar atdı. O, mühüm demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı idi. Ümummilli Liderin Fərmanı əsasında mətbuatın üzərindən senzura götürüldü, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Belə ki, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamız dövlətçiliyimizin əsaslarının yaradılmasında əsas rol oynadı.
Dahi şəxsiyyətin Azərbaycan dövləti qarşısında xidmətlərindən bəhs edərkən onun müstəqil dövlət kimi beynəlxalq aləmdə yeri və rolunun möhkəmlənməsi istiqamətində gördüyü işləri, böyük səyləri nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasını xüsusi qeyd etməliyik. Ümummilli Liderin hazırda tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasında mühüm rol oynadı. Bir daha dünyaya sübut edildi ki, Azərbaycan müstəqil dövlətdir, beynəlxalq səviyyədə tanınan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə edəcək. Ulu Öndər Heydər Əliyev, eyni zamanda, "Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır" tezisini önə çəkərək ordu quruculuğu sahəsində önəmli addımlar atdı.
Bu ümumiləşdirməni apara bilərik ki, Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. O, "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı ki, son 20 ilə yaxın dövrdə bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan uğurlarının zirvəsində dayanan tarixi Zəfərə imza atdı, 30 illik torpaq həsrətinə son qoyuldu, soydaşlarımızın Böyük Qayıdışı reallaşır. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan son üç ildə qalib ölkə kimi nüfuzunu artırır, yeri və rolunu möhkəmləndirir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

