YAP ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır
28.12.2011 [16:46]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları öncə YAP-ın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin rayon İcra Hakimiyyətinin önündəki büstünün önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Sonra konfrans nümayəndələri YAP-ın yaranma tarixindən bəhs edən videofilmə tamaşa ediblər. YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, həmçinin, Binəqədi rayonundan millət vəkili seçilmiş Hacı Madər Musayev və Rəfael Cəbrayılovun iştirak etdiyi tədbiri giriş sözü ilə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov açaraq bildirib ki, 206 ərazi ilk partiya təşkilatından seçilmiş 340 nümayəndədən 320-si konfransda işirak edir. Dövlət himninin səslənməsindən sonra konfransın gündəliyi təsdiq olunub.
N.Xəlilov təşkilatın VI konfransından ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən məruzə ilə çıxış edib: “YAP Binəqədi rayon təşkilatı ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək rayonumuzun inkişafı üçün əlindən gələni etməkdədir. Əvvəlki illərə nisbətən Gənclər Birliyinin, Qadınlar Şurasının, təşkilat və ideoloji şöbələrin işi daha da genişləndirilib, rayon təşkilatının ilk partiya təşkilatları ilə əlaqələri möhkəmlənib, partiya maarifçilik işi gücləndirilib. Bu gün 13000 nəfər YAP üzvü 206 ərazi ilk partiya təşkilatında birləşib. ümumiyyətlə, VI konfransdan ötən dövr ərzində partiya sıralarına 4528 nəfər yeni üzv qəbul edilib. Onların 1925 nəfərini qadınlar, 2639 nəfərini isə gənclər təşkil edir”.
Konfransda, eyni zamanda, YAP Binəqədi rayon təşkilatının Nəzarət-təftiş qrupunun sədri Əliyar Fərzəliyevin də hesabat məruzəsi dinlənilib.
Məruzələr ətrafında çıxış edən YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Məlahət İbrahimova, rayon təşkilatının Gənclər Birliyinin sədri Qüdsi Bayramov VI konfransdan keçən dövr ərzində rayon təşkilatı tərəfindən görülmüş işlərin qənaətbəxş hesab edilməsini, həmçinin, Nəzarət-təftiş qrupunun hesabatının nəzərə alınaraq təsdiq edilməsini təklif ediblər.
çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədr müavini Eldar İbrahimov öncə partiyanın yaranma zərurətindən ətraflı söhbət açıb. YAP-ın yarandığı vaxtdan etibarən Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin formalaşdırılması istiqamətində fəaliyyət göstərdiyini deyən millət vəkili, eyni zamanda, aşağıdakıları əlavə edib.
Tədbirdə YAP Binəqədi rayon təşkilatı Şurasının üzvü, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək rayon təşkilatının rayonda aparıcı siyasi qüvvəyə çevrildiyini bildirib: “YAP Binəqədi rayon təşkilatı ölkə Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, Onun əsasını qoyduğu siyasətə sadiq qalaraq, rayonumuzun inkişafı üçün əlindən gələni etməkdədir”.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı konfrans iştirakçılarını təbrik edib. YAP-ın çox çətin və şərəfli bir yol keçdiyini, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını deyən M.Qurbanlı bildirib ki, ölkəmizin 20 illik müstəqillik tarixində YAP öz sözünü demiş siyasi təşkilatdır.
Azərbaycanın qazandığı bütün uğurlarda YAP-ın imzasının olduğunu deyən İcra katibinin müavini vurğulayıb ki, qazanılan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələr də çoxdur. Millət vəkili deyib ki, partiyanın qarşısında duran birinci vəzifə partiyamızın qurucusu, müstəqil Azərbaycanın banisi, Ulu öndər Heydər Əliyevin irsinin yeni nəsilə təbliğ olunmasıdır. Onun fikrincə, bu, çox ciddi bir vəzifədir: “çünki Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdanda həmin vaxt Azərbaycan əhalisi 7 milyon nəfər idi. İndi isə Azərbaycan əhalisinin sayı 9,2 milyon nəfərə çatıb. Yəni, əhali 2,2 milyon nəfər artıb və bu yeni nəsildir. Bu yeni nəsilə Ulu öndərin irsini, fəaliyyətini, ideyalarını təbliğ etməliyik. Ulu öndərin irsini təbliğ etməklə, biz müstəqil dövlət quruculuğunda keçdiyimiz yolu gənc nəsilə çatdırmaqla müstəqilliyimizin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha onların diqqətində saxlamış oluruq. çünki bizim müstəqilliyimizin əbədi və dönməz olması Ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Bu dönməzliyi qoruyub saxlamaq, həmçinin, Azərbaycanı daha yüksək zirvələrə çatdırmaq isə bizim nəslin və yeni nəsilin missiyasıdır”.
YAP İcra katibinin müavini, həmçinin, 2013-cü ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yeganə namizədi olduğunu diqqətə çatdırıb.
YAP Binəqədi rayon təşkilatının işinin qənaətbəxş olduğunu vurğulayan və bu təşkilatın ölkədə keçirilən bütün siyasi kampaniyalardakı fəaliyyətini yüksək qiymətləndirən Mübariz Qurbanlı, eyni zamanda, rayon təşkilatının üzvlərinə öz tövsiyələrini verib.
Sonra təşkilati məsələlərə baxılıb və Nəbi Hümbət oğlu Xəlilov yenidən Binəqədi rayon təşkilatının sədri, həmçinin, rayon təşkilatının 62 nəfərdən ibarət Şurasının və 5 nəfərdən ibarət Nəzarət-təftiş qrupunun üzvləri seçilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respulikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16

