/ / Azərbaycan diplomatiyasının növbəti uğuru və Ermənistanın siyasi məsuliyyətsizliyinin daha bir nümunəsi
Azərbaycan diplomatiyasının növbəti uğuru və Ermənistanın siyasi məsuliyyətsizliyinin daha bir nümunəsi
21.08.2023 [11:05]
“Məlum olduğu kimi, Ermənistan havadarlarının dəstəyi ilə regionda sülh və əməkdaşlıq prosesinə mane olmaq, gərginliyi artırmaq məqsədilə müxtəlif istiqamətlərdə təxribatlar törədir, yalan informasiyalarla istər mətbuatda, istərdə də sosial şəbəkələrdə beynəlxalq ictimai rəyi çaşdırmağa, Azərbaycan əleyhinə çevirməyə cəhdlər edir. Elə rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı da əsassız və sübutu olmayan iddialar silsiləsindəndir. Lakin hadisələrin gedişatı onu sübut edir ki, Ermənistanın iddiaları əsassızdır və Azərbaycanın ədalətli, haqlı mövqeyini sabotaj edə bilməz. Elə BMT Təhlükəsizlik Şurasındakı iclas da bunu bir daha isbatladı”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğrayıb: “Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. Bu hadisə eyni zamanda rəsmi İrəvanın növbəti dəfə siyasi məsuliyyətsizliyi ortaya qoyub. Çünki Ermənistan 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, əvəzində isə indi qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir. Heç şübhəsiz ki, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümü, rəsmi İrəvanın Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsi idi. Lakin Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasını hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması BMT Təhlükəsizlik Şurasında Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib. Beləliklə də, beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmayıb”.
“Dünya ictimaiyyəti bir daha gördü ki, rəsmi İrəvan humanitar məsələləri siyasi məqsədlər üçün istifadə edir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməklə Ermənistan Qarabağda yaşayan etnik erməni sakinlərinin reinteqrasiyasına süni maneələr yaradır: “Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib. Elə bunun nəticəsidir ki, qondarma “Dağlıq Qarabağ” rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etməyiblər. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansısa beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endirib. BMT TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirib, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqləyib. Ona görə də, Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalı və bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmamasının həyati əhəmiyyət kəsb etdiyini anlamalıdır”.
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16

