Azərbaycan polisi şərəfli inkişaf yolu keçib
17.07.2023 [12:52]
Azərbaycan polisi çox qısa zaman ərzində mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə istiqamətində mühüm nailiyyətlər qazanıb. Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin, digər qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərib. Bu cür uğurlar cinayətkarlıqla mübarizədə canını, sağlamlığını belə əsirgəməyən Azərbaycan polisinin fədakarlığına, öz dövlətinə, xalqına, Prezidentinə sədaqətinə söykənir və polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsi şəraitində cəmiyyətin polisə ictimai rəğbətini daha da artırır. Azərbaycan polisi dövlətini, dövlətçiliyini qoruyur və yeri gələndə bu müqəddəs amallar uğrunda şəhidlik zirvəsinə yüksəlməyi özünün ali məqsədi sayır. Polisimiz ölüm təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan qəhrəmanlar qədər qüdrətlidir. Azərbaycan polisi birinci Qarabağ müharibəsində sıralarından 1695 nəfər şəhid verib, 1710 nəfər yaralanıb, 66 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində daxili işlər orqanlarının 99 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2650 nəfər xəsarət alıb. Bütün bunların arxasında isə vəzifə borcunu yerinə yetirərkən hər bir təhlükəyə hazır olan Azərbaycan polisinin şəxsiyyəti, qəhrəmanlığı, igidliyi dayanır. Məhz bu qədər təhlükəli bir zamanda həyatını təhlükəyə atan Azərbaycan polisi dövlətçiliyin keşiyində ayıq-sayıq durmaqla yanaşı, vətəndaşlara xidmət göstərməkdə də davam edir. Polis vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə, həm də, milli həmrəyliyə töhfələrini verir. Elə bu səbəblərə görədir ki, Azərbaycan polisi xalqımızın qəhrəmanlarından hesab edilir. Azərbaycan polisi bu günə qədər şərəfli inkişaf yolu keçib, peşəkarlaşıb, daha da mətinləşib.
Xidməti vəzifəsini yerinə yetirən polisə təhqirlər yağdırmaq, əşyalar atmaq qətiyyən yolverilməzdir və ağır cinayət əməlidir. Həmin insanlar anlamalıdırlar ki, onların sağlamlığına görə həmin polislər gecə-gündüz keşik çəkirlər. Başa düşməlidirlər ki, onların gecə evlərində rahat yatmaları, məhz təhqir edib, üzərinə əşya atmağa çalışdıqları polisin sayəsindədir. Məlumdur ki, Azərbaycanda hər hansı təhlükə anında vətəndaşın gözü polisi axtarır, çünki vətəndaş əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar, onu qoruyar. Bütün bunlara görə də biz öz qəhrəman polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik. Xalqın polisinə verdiyi dəyər, qiymət onu daha da qürurlandırır. Bu qürur isə, asayiş keşikçilərini daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır. Azərbaycan polislərinə ləkə atmaq, onu iftiralar hədəfinə çevirmək qəbuledilməzdir. Azərbaycan polisi ölkəmizdəki ictimai asayişin qorunmasında müstəsna rol oynayır. Bu gün Azərbaycan dünyanın ən sabit, təhlükəsiz ölkələrindən biridir. Bu reallığın təminatında polisin üzərinə böyük məsuliyyət düşür və onlar bu işin öhdəsindən şərəflə, ləyaqətlə gəlirlər. Artıq, çəkinmədən Azərbaycan polisini vətəndaşlarla insani və xoş davranışlarına görə bütün dünyaya nümunə göstərə bilərik.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

