Ölkəmizin inkişafı təmin edilir
13.07.2023 [11:42]
Cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident cənab İlham Əliyev ötən dövr ərzində görülmüş işləri, həyata keçirilmiş tədbirləri geniş şəkildə təhlil etdi və qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Son altı ayın iqtisadi göstəriciləri bir daha təsdiq edir ki, ölkəmiz davamlı olaraq inkişaf edir. Ölkə başçısı Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasından, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, eləcə də nəzərdə tutlmuş planlardan bəhs etdi. Prezident cənab İlham Əliyev onu da vurğuladı ki, infrastruktur layihələrinin icrası yalnız Qarabağ və Şərqi Zəngəzuru deyil, bütövlükdə ölkə ərazisini əhatə edir. O cümlədən, Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı da dövlət proqramı qəbul edilmişdir. Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır. Proqram ölkəmizin öz resurslarına əsaslanıb. Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qoyulub. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Naxçıvanda günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur. Burada məqsəd həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin etmək, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac etməkdir.
Cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident cənab İlham Əliyev vurğuladı ki, ölkəmizin böyük hissəsinin artıq rəsmən “yaşıl enerji” zonası elan edilməsi fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Ölkə başçısı bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor ölkəmizin təbiətini zəhərləyib. Gədəbəy vətəndaşların bir hissəsi də təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edilib və bir neçəsi məsuliyyətə cəlb olunublar. Xaricdəkilər də məsuliyyətə cəlb ediləcəklər. Prezident cənab İlham Əliyev bu haqda danışarkən xüsusilə bildirdi ki, Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Vətəndaşlar qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil.
Ölkə başçısı müşavirədə qeyd etdi ki, araşdırmaların obyektivliyi təmin olunmalı, təbiətimiz məhv edilməməli və insanların örüş, otlaq sahələri zəbt edilməməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gədəbəydə baş vermiş vəziyyətlə bağlı bu cür yanaşması qəbuledilməz olduğunu vurğulayan ölkə başçısı prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlərin verildiyini bildirdi. Ciddi araşdırmalar aparılmalıdır və ölkənin rəhbərliyinə, habelə ictimaiyyətə açıqlamalar verilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə diqqət yetirməyib və biganə qalıb, araşdırmaların nəticələri barəsində heç bir məlumat yoxdur. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər. Prezident cənab İlham Əliyev diqqətə çatdırdı ki, ölkəmizdə işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Azərbaycan qanunlarına, ekoloji tarazlığa hörmət edilməlidir. Təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, şirkətin fəaliyyəti dayandırılmalıdır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17

