Azərbaycan hər cür terrora, soyqırıma və müstəmləkəçiliyə qarşıdır
10.07.2023 [11:27]
Bu gün Azərbaycanın beynəlxalq müstəvidə olan ədalətli və prinsipial mövqeyi dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizin daim sülh tərəfdarı olmaqla hər cür terrora, soyqırıma və müstəmləkəçiliyə qarşı barışmaz münasibəti dünya dövlətləri və xalqları tərəfindən birmənalı qarşılanır və Azərbaycana yüksək beynəlxalq etimad göstərilir.
Bunu müasir tarix, qloballaşan dünyada baş verən hadisələr və günümüzün reallığı təsdiq edir. Eyni zamanda iyulun 5-6-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası zamanı Qoşulmama Hərəkatının üzv dövlətləri, hərəkat yanında müşahidəçi statusu almış dövlətlər və beynəlxalq təşkilatlar, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri daxil olmaqla ümumilikdə 93 ölkə, 11 beynəlxalq təşkilatın iştirakı ilə açıqlanan faktlar, müzakirə olunan məsələlər və qəbul edilən qərarlar deməyə əsas veririk, daim ikili standartlar yürüdən, terrora və Erməni separatizminə dəstək verən, müstəmləkəçilik siyasəti ilə digər xalqları istismar edən Fransadan fərqli olaraq Azərbaycanda tolerantlıq prioritet təşkil edir və dövlət siyasəti dürüstlüyə və haqq ədalətə əsaslanır.
Azərbaycan neokolonializm meyllərinin artmasından olduqca narahatdır və özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən neokolonializmi hələ də davam etdirən ölkələrdən biri isə Fransadır. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib və Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Öz müstəmləkəçilik keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Fransanın Afrika və Cənub-Şərqi Asiya ölkələri qarşısında günahları bağışlanmazdır və məsuliyyəti heç bir ölçüyə sığmır. Bu gün Qayanadakı xüsusilə acınacaqlı olan sosial vəziyyətə görə Fransa günahkardır. Əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsində olan, təbii sərvətlər talan edilən Qayana torpaqlarının 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir. Budur ölkədə irqçiliyi və islamofobiyanı təbliğ edən “Fransa demokratiyası”nın iç üzü.
Bu gün Ermənistan 30 il ərzində işğal edərək barbarcasına talan etdiyi Azərbaycan torpaqlarından 44 günlük müharibə zamanı məğlub olaraq çıxmasına baxmayaraq, Fransaya arxalanaraq sülh öhdəliklərinə əməl etmir, ərazilərimizdə ekoloji fəlakət törədir, yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngitmək məqsədilə torpaqlarımıza minalar basdırmaqda davam edir. Rəsmi Fransa isə nəinki riyakarcasına Ermənistanın hərbi cinayətlərinə göz yumur, hətta Ermənistana açlq-aşkar dəstək verir.
Ona görə də haqlı olaraq Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin tamamilə aradan qaldırılması üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar və sonda qəbul edilən Bəyanatda Fransanın müstəmləkəçilik siyasətini davam etdirdiyi və insan hüquqlarını pozduğu qeyd olunub. İştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.
Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı mübarizədə vahid və sarsılmaz” mövzusunda keçirilən nazirlər iclasının yekunları üzrə qəbul edilmiş Bakı Bəyannaməsində Qoşulmama Hərəkatına üzv olan ölkələr nüvə güclərini Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyə çağırıblar. 33 bənddən ibarət Bakı Bəyannaməsi BMT Nizamnaməsinin məqsədlərinə, prinsiplərinə və müddəalarına, habelə ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinə dair beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin üzərinə götürdüyü öhdəliklərin sədaqətlə yerinə yetirilməsinə sadiqliyini ifadə edir. Sənəddə bütün ölkələrin digər dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, suveren bərabərliyinə, siyasi müstəqilliyinə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət etməsi, daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməsi, silahlı qüvvələrə qarşı güc tətbiq etməklə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinməsi qeyd olunub.
Tarixi ənənələrinə sadiq qalan Azərbaycan həmişə olduğu kimi, bu gün də hər cür terrora, soyqırıma və müstəmləkəçiliyə qarşıdır və Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

