"Sabitlikdən - Tərəqqiyə və Möhtəşəm Zəfərlərə" mövzusunda konfrans keçirilib
24.06.2023 [15:48]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci il 8 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təşkilatçılığı ilə "Sabitlikdən - Tərəqqiyə və Möhtəşəm Zəfərlərə" mövzusunda konfrans keçirilib. Konfransda YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları, ƏPT sədrləri, Vətən müharibəsi iştirakçıları-Qazilər, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək bildirib ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyev müasir Azərbaycan Ordusunun yaradıcısıdır. 1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə qısa vaxtda xalqımız mühüm uğurlar əldə etdi. Həmin illərdə Azərbaycanın gələcəyi naminə atılan uğurlu addımlardan biri də gənclərimizin Sovet İttifaqının nüfuzlu ali hərbi məktəblərinə göndərilməsi olub. Bu gün Azərbaycan dövlətinin rifahının, təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması Ulu Öndərin ordu quruculuğu sahəsindəki uzaqgörən fəaliyyətinin bəhrəsidir. Heydər Əliyev respublikamıza ilk dəfə rəhbərlik etdiyi illərdə tez-tez hərbi təhsil müəssisələrinə baş çəkir, istər zabitlər, istərsə də kursantlar arasında azərbaycanlıların azlıq təşkil etməsi ilə heç vaxt barışmırdı. Ötən əsrin 70-ci illərində Ulu Öndərin birbaşa təşəbbüsü ilə Bakıda ilk hərbi məktəbin - indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, respublikamızın həyatında olduqca mühüm hadisə oldu. Sonrakı illərin təcrübəsi göstərir ki, həmin təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynayıb. Məktəbin məzunları olmuş bir çox zabitlər müstəqillik dövründə Milli Ordumuzun formalaşmasında, torpaqlarımızın müdafiəsində qəhrəmanlıqlar göstəriblər. Ulu öndər Heydər Əliyevin 24 iyun 1993-cü ildə Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə istər ordu quruculuğu istər digər məsələlərdə ölkəmizdə mühim yeniliklər oldu, ölkəmiz yüksələn xətlə inkişaf etdi. Qeyd edilib ki, Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işi yeni dövrün tələbləri əsasında inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsinə nail olub. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir. İ.İlyasov bildirdi ki, tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. İ.İlyasov onu da vurguladı ki,Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir dövlət kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Sonra rayon İcra Hakimiyyətinin məsul işçisi Məhəmməd Şahbazov, Vətən Müharibəsi iştirakçısı - Qarabag Qazisi Fəxri Əliyev, DAİM nin direktoru Sahib Quliyev, Taxtakörpü tam orta məktəbinin direktoru Şəbnəm Ugurlu çıxış edərək Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik institunun yaradılması, müasir, mütəşəkkil ordumuzun formalaşmasında müstəsna xidmətlərindən bəhs edib, bildiriblər ki, Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri arasında Azərbaycan Ordusunun formalaşması və inkişafı xüsusi yer tutur. Ordunun müstəqilliyin qorunmasında və ərazi bütövlüyünün təmin olunmasında həyati əhəmiyyətini nəzərə alan dahi rəhbər bu sahəyə daim böyük diqqət yetirib. Azərbaycanın geosiyasi, geostrateji baxımdan mühüm regionda yerləşməsi ölkənin müdafiə qabiliyyətinin artırılmasını şərtləndirir. Məhz bu baxımdan ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunun formalaşmasını, onun hərbi potensialının artırılmasını, xüsusilə peşəkar milli zabit kadrlarının yetişdirilməsini daim diqqətdə saxlayırdı. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycan hakimiyyətinə qayıdışından sonra qısa müddətdə güclü nizami ordu formalaşdırıldı. Bu gün ordu quruculuğu prosesi Ümummilli Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə tarix yazdıq. Bu gün biz Qarabağa, Şərqi Zəngəzura, doğma Laçınımıza qayıdırıq.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup fəal Fəxri Fərmanla təltif edilib.
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49

