Mövqe birliyi
21.06.2023 [15:26]
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu günlərdə ölkəmizə səfəri iki dost, qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu gün dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biri də Pakistandır. Bu ölkə hər zaman Azərbaycana dəstək verir. Keçirilən geniş tərkibdə görüşdə “Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub. İkitərəfli münasibətlərimizin gündəliyi genişdir. Dövlət başçısı İlham Əliyev Baş nazirə Azərbaycanın ərazi bütövlüyünə və işğal vaxtında, İkinci Qarabağ müharibəsində və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra göstərilmiş dəstəyə görə minnətdarlığını bildirdi. Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini ciddi dəstəkləyir. Bütün beynəlxalq təsisatlarda bu mövqe açıq şəkildə ifadə edilir. Ölkəmiz bundan sonra da bu dəstəyi davam etdirəcək.
Pakistan ölkəmizin müstəqilliyini tanıyan, diplomatik əlaqələr quran və Bakıda səfirlik açan ilk ölkələrdən biridir. Keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarda bu dostluğu, qardaşlığı təcəssüm etdirən məqamlara diqqət yönəldildi, əlaqələrin gələcək inkişafı üçün mövcud imkanlar geniş müzakirə edildi. Pakistanın Baş naziri Azərbaycanın inkişafının, tərəqqisinin onda böyük təəssürat yaratdığını önə çəkərək bu məqamı diqqətə çatdırdı ki, ölkəmizdə gördüklərini cənab İlham Əliyevin liderliyinin və bu illər ərzində göstərdiyi dinamik səylərin nəticəsi kimi dəyərləndirir: “Mən ziddiyyətdən çəkinməyərək deyə bilərəm ki, indiyədək Bakıda gördüklərimin müqayisəsini apara bilərəm. Siz bu şəhəri dünyanın hər hansı ən inkişaf etmiş, gözəl şəhəri ilə müqayisə edə bilərsiniz. Burada heç bir mübaliğə yoxdur. Mənim gündəlik üzrə qaldırmağı nəzərdə tutduğum məsələlərdən biri o idi ki, istəyirdim ən yaxşı landşaft mütəxəssislərini Pakistana göndərəsiniz. Landşaft gözəldir, mənə inanın, mən heyran olmuşam.” Ölkəmizin şəhərsalma və yaşıllaşdırma təcrübəsi təqdir edildi və Pakistanın bu dəstəyə ehtiyacı olduğu xüsusi vurğulandı. Təbii ki, bu kimi fikirlər qardaş ölkələrin böyük səmimiyyət üzərində qurulan əlaqələrinin nümayişidir.
Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsində Pakistanın dəstəyini unuda bilmərik. Pakistan birmənalı şəkildə Azərbaycanın yanında oldu. Bu qardaş dəstəyini hər bir azərbaycanlı yüksək dəyərləndirdi və buna minnətdarlıq əlaməti olaraq ölkəmizin hər yerində qardaş Pakistanın bayrağı Azərbaycan bayrağı ilə birgə dalğalandırıldı və bu gün də dalğalanır.
İki qardaş ölkənin əlaqələri bir çox sahələri əhatə etməklə daim yüksələn xətlə inkişaf edir. Qardaş ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin səfəri mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni sahələr üzrə əməkdaşlığa imkanlar açacaq. Bu səfərdə ticarət və sərmayə, enerji, müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələləri geniş müzakirə edildi. Təbii ki, mövqe birliyi hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas verir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

