Xalqın böyük xilaskarı
16.06.2023 [13:17]
1991-ci ildə ikinci dəfə müstəqillik əldə edən Azərbaycanın başına qısa müddət ərzində çox bəlalar gəldi. Bu bir həqiqətdir ki, o zaman qara buludlar ölkəmizin başının üstünü bürüməkdə idi. Həm xaricdən, həm də daxildən siyasi, hərbi və iqtisadi təcavüzlər nəinki səngimir, hətta gündən-günə şiddətlənirdi. Azərbaycanın müstəqil dövlət kimi tarixdən birdəfəlik silinməsinə xidmət edən qüvvələr öz xəyanətkar və riyakar məqsədlərinə çatmaq üçün müxtəlif üsullardan istifadə edirdilər. Ermənistanın silahlı qüvvələri nəinki Dağlıq Qarabağı, başqa ərazilərimizi də işğal etməyə və eyni zamanda Naxçıvan Muxtar Respublikasına bir çox həmlələr etməyə başladılar. Çətin iqtisadi şəraitdə olmasına və Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvanda sosial-ictimai sabitlik hökm sürürdü. Çünki doğma torpağın keşiyində Ulu Öndər Heydər Əliyev dayanmışdı. Buna görə də Azərbaycan xalqı müdrik dövlət xadimi Heydər Əliyevə ümid yeri kimi baxırdı. Həmin dövrdə iqtidarda olan şəxslər isə hər cəhdlə çalışırdılar ki, Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsin. Hətta buna görə Konstitusiyaya 65 yaşı keçən vətəndaşın prezident seçilmək hüququ olmaması maddəsini də saldırmışdılar. Demokratiya pərdəsi altında hakimiyyətə gələn AXC-Müsavat başbilənləri demokratiyanın prinsiplərini kobud şəkildə pozaraq bu maddəni ləğv etmək fikrində deyildilər. Lakin Gəncədəki uğursuz “Tufan” əməliyyatından sonra AXC-Müsavat iqtidarının funksionerləri də xilas yolunu Heydər Əliyevdə aradılar. Ölkədə vəziyyətin gündən günə ağırlaşdığını görüb, Heydər Əliyevi Bakıya dəvət etdilər. İyunun 7 və 8-də Azərbaycan Prezidenti Elçibəy öz şəxsi təyyarəsini Naxçıvana göndərdi. Vəziyyətin getdikcə kəskinləşdiyini görən Heydər Əliyev ayın 9-da göndərilən təyyarə ilə Bakıya qayıtdı. Həmin gün havalimanından birbaşa parlamentə gələn Ulu Öndər çıxış edərkən bildirdi ki, Ali Sovetin sədri vəzifəsini qəbul etməzdən əvvəl, Gəncəyə yollanacaq və ömrünün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcək.
1993-cü ilin 9 iyun tarixini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Məhz həmin gün ümummilli liderimiz Heydər Əliyev öz doğma xalqının harayına yetişdi. Vətəndaş müharibəsinin qaçılmaz olduğu bir şəraitdə Naxçıvandan Bakıya gələrək, bütün hadisələrin gedişatını dəyişdi. İkinci dəfə itirilməkdə olan müstəqilliyimizi qoruyub saxladı və əbədiləşdirdi. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımız rahat nəfəs ala bildi. Ölkəmizə rəhbərlik edənlərin qətiyyətsiz siyasəti nəticəsində Azərbaycanın vətəndaş müharibəsi həddinə çatdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün – 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur.
Həmin dövrdə Azərbaycanda hakimiyyətin əksər qurumları iflic durumda idi. Baş verən hadisələr nəticəsində insanlar çaşıb qalmış, milli-mənəvi dəyərlər gözdən salınmış, cəmiyyət müxtəlif siyasi partiyalara bölünməklə parçalanmışdır. Elçibəy Surət Hüseynovun hədələrindən qorxaraq öz kəndinə - Kələkliyə qaçmışdı. Hakimiyyət uğrunda mübarizə kuliminasiya nöqtəsinə çatmışdı. İqtidarda qalan AXC-Müsavat cütlüyünün qalıqları öz mövqelərini əldən verməmək üçün dəridən-qabıqdan çıxırdılar. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər bütün dolaşıq işləri nizama saldı. Yenicə Ali Sovetin sədri seçilmiş Heydər Əliyev qarşı tərəflərin rəhbərləri ilə danışıqlar aparırdı ki, təkrar faciələr yaşanmasın. Milli Məclisin iyulun 24-də keçirilən növbəti iclası ölkəmizin ən yeni tarixində dönüş nöqtəsi kimi yaddaşlarda qalacaqdır. Məhz həmin gün parlamentin qərarı ilə Prezident səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. Bununla da Azərbaycanda müasir dövlətçiliyin bünövrəsi qoyuldu. Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəmizi gözlənilən bəlalardan xilas etdi, müstəqilliyimizi əbədiləşdirdi, ölkədə əmin-amanlıq, sabitlik yaratdı. Ölkəmizi dağıtmaq istəyənlər Heydər Əliyev və xalq birliyinin sarsılmaz qüdrəti ilə üzləşdilər. Azərbaycanın parçalanması planı Heydər Əliyevin qayıdışı ilə alt-üst oldu.
30 il bundan əvvəl - 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü olaraq yazıldı. Ulu Öndər Azərbaycan dövlətçiliyinin tükdən asılı olduğu bir vaxtda yenidən respublika rəhbərliyinə qayıtdı. Onun qayıdışı xalqın və vətənin nicatı demək idi. Azərbaycan xalqı Heydər Əliyevə inanmış və öz taleyini ona etibar etmişdir. Xalqa arxalanan, xalqdan güc alan lider basılmazdır. Məhz buna görə də Heydər Əliyev olduqca qısa müddətə Azərbaycanı vətəndaş müharibəsinin cəngindən qurtarmış, ölkədə siyasi və iqtisadi sabitlik yaratmış, ölkəmizi bütün dünyada tanıtmaq üçün geniş miqyaslı fəaliyyətə başlamışdır. Heydər Əliyev standart qəliblərə, ölçülərə sığmayan bir şəxsiyyətdir.
YAP XƏZƏR RAYON TƏŞKİLATININ SƏDRİ
NAMİQ ƏHMƏDOV
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14

