Hacıqabul rayonunda "Milli Qurtuluş günü" nə həsr olunmuş tədbir keçirilib
14.06.2023 [15:29]
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Bu önəmli günlərdən biri də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə əhəmiyyətli təqvim günü deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Çünki iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixi, özünün əsl xilaskarına qovuşduğu gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir. Məhz bu gün olum və ya ölüm dilemması qarşısında qalmaq kimi çətin sınaqla üzləşmiş xalqımız və dövlətimiz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və parlaq zəkası sayəsində mövcudluğunu qoruyub saxlaya bildi, müasir, sivil, demokratik dövlət quruculuğu yollarında inamla addımlamağa başladı.
2020-ci il 44 günlük vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından azad edərək xalqımıza fəxarət duyğuları yaşadan, onu çətin sınaqlardan üzü ağ çıxaran Qalib Sərkərdə - Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ata vəsiyyətini layiqincə və şərəflə yerinə yetirərək bir xalqdan qalib ordu yaradan lider kimi əbədi tarixə düşmüşdür. Bu gün cənab prezidentimizin yüksək intellekti, nəyi, necə və nə zaman etmək bacarığı sayəsində Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin ruhu şaddır. Bu hər birimizin qəlbində qürur hissi doğurur.
Bu tarixi günlə əlaqədar 13 iyun 2023-cü il tarixində Hacıqabul rayonunda "Milli Qurtuluş günü"nə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP fəalları və bir qrup ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edilərək abidə önünə tər gül dəstələri düzdülər.
Daha sonra tədbir Hacıqabul rayon Mədəniyyət Evinin qarşısında mədəniyyət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirildi.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

