Avropanın etibarlı tərəfdaşı...
03.06.2023 [12:54]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bütün müstəvilərdə nailiyyətlərlə müşayiət olunur. Ölkəmiz dünyada mövqelərini və nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Dünyada və yaxın regionumuzda baş verən proseslər fonunda Avropanın enerji təhlükəsizliyi qlobal çağırışa çevrilib. Belə bir dönəmdə Azərbaycan yenə də dünyanın diqqət mərkəzinə çevrilib.
Məlumdur ki, bugünlər paytaxtımız Bakı şəhəri mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, həmin tədbirlərə bir çox ölkələri təmsil edən şirkətlərin qatılması müstəqil Azərbaycan dövlətinin dünya üçün önəmini bir daha təsdiqlədi.
Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparırlar. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin, regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Cənub Qaz Dəhlizi bu baxımdan nəhəng bir layihədir. Paytaxtımızda Bakı Enerji Həftəsinin keçirilməsi də bütün bunlara sübutdur.
Mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı keçirilib. Bu mötəbər tədbririn açılış mərasimində Prezidentimiz cənab İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər, sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir. Dövlətimizin başçısı bildirib ki, biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik: “Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində, lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir. Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır”.
Nəzərə almaq lazımdır ki, ötənilki Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlər fonunda daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Ötən ilin iyulunda Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladı. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan tranzit ölkə kimi də beynəlxalq birliyin diqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrini təmsil edən aparıcı transmilli nəqliyyat və logistika şirkətlərinin görüşmək, müzakirələr aparmaq üçün Bakını seçmələri, eləcə də region dövlətlərinin ölkəmizlə nəqliyyat məsələlərini intensiv şəkildə müzakirə etmələri və sənədlər imzalamaları heç də təsadüfi deyildir. Son vaxtlar müşahidə edilən geosiyasi gərginliklər regionun nəqliyyat və logistika xəritəsinin yenilənməsi zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Belə bir şəraitdə nəzərlər yenə də əlverişli coğrafi mövqedə yerləşən Azərbaycana yönəlib. İndiki geosiyasi reallıqlar fonunda ölkəmizin tranzit daşımaları üçün cəlbediciliyini artıran amillər isə kifayət qədər çoxdur. Siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı və digər amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.
Beləliklə, Avropanın yenə də Azərbaycanın dəstəyinə ehtiyacı var. Dövlətimiz isə hər zaman etibarlı tərəfdaş olduğunu təsdiq etməyə hazırdır. Şübhəsiz ki, bu mövqe milli və dövlət maraqlarımıza istinad edir!
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

