“Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda dəyirmi masa keçirilib
31.05.2023 [11:24]
Bu gün Göygöl rayonunda Heydər Əliyev ili ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq “Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda dəyirmi masa keçirildi.
Göygöl rayon İcra Hakimiyyəti, YAP Göygöl rayon təşkilatı və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Nürəddin Babazadə, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, gənclər təşkilatlarının nümayəndələri, ziyalılar və YAP fəalları iştirak etmişdir.
İlk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tədbiri açaraq, Heydər Əliyev ili ilə bağlı Göygöl rayonunda keçirilən silsilə tədbirlərdən söhbət açmış, çoxsaylı tədbirlərin davamı olaraq bu günkü tədbirin mahiyyətindən, Heydər Əliyev irsinin gənc nəslə aşılanmasının vacibliyindən danışmışdır.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək, bəşəri kamilləşmənin ən yüksək zirvəsini fəth etmiş Ümummill Liderimiz Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşdüyünü vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından danışmış, cəmiyyətin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açmış, bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışmışdır. Vüqar İsayev qeyd etmişdir ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Göygöl Uşaq Musiqi məktəbinin direktoru Nuranə Quliyeva “Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Nürəddin Babazadə, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açaraq bildirmişdir ki, Azərbaycan xalqı Ulu Öndərin irsini və siyasi kursunu davam etdirməklə Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək və yeni-yeni Zəfərlərə nail olacaqdir.
Digər çıxış edənlərdən Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Gənclər İdman İdarəsinin rəisi Zaur Abbasov, YAP fəallarından Semur Əsgərov, Salman Balakişiyev, Dilarə Mövlayeva, Könül Kazımova, Akif Rəhimov və digərləri Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanın dünyaya tanıdılmasından danışmış, Heydər Əliyev ideyalarının bu günümüzün və gələcəyimizin daha da etibarlı təminatı, insanların rifah halının daha da yüksəlməsi üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmişlər.
Bütün çıxış və nitqlərdə Ulu Öndər dərin hörmət və ehtiramla xatırlanmış, bu günkü Qüdrətli Azərbaycan Dövlətinin mövcudluğunda Heydər Əliyevin rolu xüsusi olaraq vurğulanmış, xalqımızın “Tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə” çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

