Azərbaycan xalqı üçün əziz gün
25.05.2023 [11:55]
Məlum olduğu kimi, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrilmiş, Rusiyada monarxiyaya son qoyulmuşdur. Bundan sonra Çar Rusiyasının tərkibində ağır vəziyyətdə yaşayan xalqların milli hərəkatı başlanmışdır. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan Bəy Tobçubaşov və Azərbaycanın digər qabaqcıl insanlarının rəhbərliyi ilə müdrük Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı.
Müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi.
“28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünkü 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”, deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bununla Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, onların fəaliyyətinə nə qədər yüksək qiymət verdiyini nümyiş etdirmişdir.
Çox təəssüflər olsun ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 23 ay yaşamasına baxmayaraq, bu aylar ərzində çox böyük işlər görə bilmişdir. Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan Dövlət bayrağımız və Azərbaycan vətəndaşlığı təsis edilmişdir. Cümhüriyyətin gördüyü mühüm işlərdən biri də milli ordunun yaradılması olmuşdur. Məhz bu ordu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti təhsilə çox böyük diqqət yetirilirdi. Bakı Dövlət Universitetinin yaradılması da bunun bariz nümunəsi idi.
Məhz o dövrdə ilk dəfə olaraq qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu möhtəşəm siyasi kursu zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətnin 23 ay ərzindəki fəaliyyətini, onun qurucularının müstəqillik uğurda apardıqları mübarizəni yüksək qiymətləndirir. Dövlət başçımızın “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır”, fikirləri, Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması haqqında imzaladığı sərəncam, 2018- ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi bunun bariz nümunəsidir.
“Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”deyən President cənab İlham Əliyevin sayəsində bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil, demokratik, qalib Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.
Bu gün əminliklə, qürur və fəxrlə deyə bilərik ki, Prezident cənab İlham Əliyevin sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü güclənmiş, qüdrətli , bütöv Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

