/ / Brüssel danışıqlarını Azərbaycanın maraqları baxımından növbəti diplomatik uğur hesab etmək olar
Brüssel danışıqlarını Azərbaycanın maraqları baxımından növbəti diplomatik uğur hesab etmək olar
17.05.2023 [14:37]
Ölkəmiz və region üçün yeni reallıqlar yaradan, xalqımızın qətiyyəti və qəhrəmanlığını ortaya qoyan Vətən müharibəsi cəmi 44 gün çəkdi. Amma möhtəşəm qələbəni əldə etmək üçün dövlət və xalq olaraq uzun bir yol qət etdik. Ulu Öndər Heydər Əliyevin vəsiyyətini əsas götürən Onun layiqli varisi Prezident və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 2003-cü ildən başlayaraq böyük qələbəyə hazırlıq işləri apardığı burada xüsusi qeyd edilməlidir. Çünki ölkə rəhbəri hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan xalqının və dövlətinin erməni işğalı ilə barışmayacağı faktından çıxış edərək, sistemli şəkildə dövlətin və cəmiyyətin gücünü artırmaq istiqamətində fəaliyyət göstərib.
Bununla yanaşı, bütün yüksəksəviyyəli görüşlərdə, beynəlxalq təşkilatların tədbirlərində, BMT-nin yüksək tribunasında çıxış edəndə belə Prezident İlham Əliyev işğal altındakı əraziləri hərbi yolla azad etmək variantını heç vaxt istisna etməyib. Son nəticədə 30 il davam edən “nə hərb, nə sülh” vəziyyətindən imtina edildi və BMT-nin Təhlükəszilik Şurasının 27 il kağış üzərində qalan qətnamələrini Azərbaycanın özü 44 günə icra etdi. Bunu dövlət başçısı konkret şəkildə ifadə edib: “Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istəyimizə nail olduq”.
Qeyd etmək yerinə düşər ki, Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında ölkə rəhbəri bununla bağlı deyib: “Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatdıq”.
Döyüş meydanında sözünü qətiyyətlə deyən Azərbaycan öz hədəflərinə diplomatik müstəvidə də məqsədlərinə çatır. Ona görə ki, dövlət başçısı daim prinsipial mövqe nümayiş etdirir və Vətən müharibəsindən sonra sülh danışıqlarına başlanması, sülh müqaviləsinin bağlanması istiqamətində öz mövqeyini ortaya qoyur. Sülh müqaviləsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq üçün Ermənistan tərəfinə 5 maddəlik təklif təqdim edib.
Bu baxımdan, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində yürütdüyü siyasi xətt də dövlət başçısının qətiyyəti, siyasi iradəsi sayəsində dəyişməzdir. Müharibədən sonra keçirilən ikitərəfli, çoxtərəfli görüşlərdə də prinsipial siyasi xətt yürüdür. İstər Soçi, Praqa, istərsə də Brüssel görüşlərində Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində əldə olunmuş nəticələr Azərbaycanı son qələbəyə yaxınlaşdırır.
Milli maraqların təmin edilməsinin əsasını təşkil edən məsələlərdən biri regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpasıdır. Belə ki, Zəngəzur dəhlizinin işləməsi prinsipial əhəmiyyət daşıyır. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci il Bəyanatından irəli gəlir, regionda davamlı sülhün və tərəqqinin təmin edilməsinə imkanlar yaratmasına yeni təkan verəcək.
Xatırladaq ki, ötən il dekabrın 12-dən Ermənistanın Qarabağın təbii sərvətlərinin qanunsuz istismarına etiraz olaraq Laçın-Xankəndi yolunun başlanğıcında ekofəallar dinc aksiyaya başlamışdı. Ermənistan aksiyaya müxtəlif cür don geyindirməyə çalışsa da, aksiya 138 gün davam etdi. Bu aksiya aprel ayının 23-də Ermənistanla şərti sərhəddə Azərbaycan Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsi qurulması ilə başa çatdı. Çünki ölkəmizin daha bir qətiyyətli addımı ilə ölkəmizin sərhədlərinin bütövlüyü təmin edildi. Ermənistan və onun havadarlarının etirazlarına baxmayaraq, məntəqə quruldu və bununla da Ermənistandan Qarabağa silah-sursat, hərbi qüvvə daşınmasının, ərazilərmizindən təbii sərvətlərin əks-istiqamətdə aparılmasının qarşısı alındı.
Hazırda Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın bütün sərhədlərində üçrəngli bayrağı qürurla dalğalanır. Bu, bir daha onu göstərdi ki, Azərbaycan öz milli maraqlarını, torpaqlarını, sərhədlərini qorumağa qadirdir. Avropa İttifaqının rəhbərliyinin təşəbbüsü ilə mayın 14-də keçirilən sonuncu Brüssel görüşündən sonra verilən bəyanatlarda da Azərbaycanın ərazi bötüvlüyünün tanınmasının xüsusi olaraq vurğulanması ölkəmizin sülh müqaviləsi üzrə təqdim etdiyi 5 maddəlik təkliflərin ardıcıl olaraq qəbul olunduğunu göstərir. Bir sözlə, sonuncu Brüssel danışıqlarını Azərbaycanın maraqları baxımından növbəti diplomatik uğur hesab etmək olar.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27

