Qətiyyətli mövqe
20.04.2023 [13:01]
Azərbaycanda 2004-cü ildən başlayaraq ardıcıl olaraq Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları həyata keçirilir. Bu proqramlar nəticəsində bütün bölgələrimiz inkişaf edir, müasirləşir, infrastrukturu yenilənir, yeni müəssisə və obyektlər tikilərək istifadəyə verilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Dövlət Proqramlarının icra vəziyyəti ilə tanış olmaq üçün müntəzəm olaraq Azərbaycanın regionlarında ənənəvi səfərlərdə olur, görülən işlərlə, inkişaf prosesləri ilə yerində şəxsən tanış olur, tövsiyə və tapşırıqlarını verir. Ölkə Başçımız tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi nəinki paytaxtımızda,eləcə də bütün bölgələrdə yaşayan insanların sosial rifah halının yaxşılaşdırılmasıdır.
Ölkə başçısı cənab İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində sualları cavablandırarkən bir sıra mühüm və vacib məsələlərə toxundu. İşğaldan azad olunan ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda da genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işləri həyata keçirilməsi nəticəsində həmin ərazilərdə artıq böyük dirçəliş dövrünün başlandığını və bu işlərin də plan üzrə getdiyini söylədi.
Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verildiyini qeyd edən Prezidentimiz demişdir: ”Onu bildirməliyəm ki, infrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir.Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq.”
Prezidentimiz bununla paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksinin uğurla inşa edildiyini, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşasını, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə hazırlıq işləri görüldüyünü diqqətə çatdırdı. Ermənistanla sülh danışıqları ilə bağlı sualı cavablandırarkən Möhtərəm Prezidentimiz bəyan etdi ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz, Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Azərbaycan bəri başdan bəyan etmişdir ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında danışıqlar mümkündür və sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.
Əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tezliklə öz haqlı istəyinə nail olacaq və işğaldan azad edilmiş bütün ərazilərimizdə həyat öz axarına düşəcəkdir. Mövcud reallıqlar bunları söyləməyə əsas verir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27

